Icma.az
close
up
RU
Zəfər tağı Zəfərimizi əks etdirən yeni simvolumuz Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Zəfər tağı Zəfərimizi əks etdirən yeni simvolumuz Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizim şanlı tariximiz olan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Qələbə çaldı. 30 il düşmən tapdağı altında olan torpaqlarımızı Azərbaycan Prezidenti İlham Əliyevinin Baş Komandanlığı ilə Azərbaycan Ordusu işğaldan azad etdi. Şəhidlərimizin qanı döyüş meydanında alındı. 

Vətən müharibəsi dövründə igid Azərbaycan əsgərinin gücünü-qüdrətini görən erməni quldurları silah-sursatlarını qoyub qaçmağa məcbur oldular. Birinci, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa etdi.

8 noyabr - Zəfər Günündə Azərbaycan Respublikasının Prezidenti Zəfər Parkında oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir”.

Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı.  Bu münaqişəni aradan qaldırmaq üçün ATƏT-in Minsk qrupu yaradıldı. 28 il fəaliyyət göstərən bu qrup heç nəyə nail olmadı və demək olar ki, nail olmaq belə istəmədi. Hətta vaxtı uzadaraq münaqişəni ermənilərin xeyrinə həll etməyə çalışdı. Ermənistanın arxasında duran bir sıra vasitəçilər də torpaqlarımızın işğal altında qalmasını istəyirdi.  

2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə İlham Əliyev bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və belə də oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün "Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.”

30 il işğal müddətində erməni vandalları işğal altında olan torpaqlarımızın yeraltı, yerüstü sərvətlərini talan edib satmışlar. Tarixi, mədəniyyət və dini abidələrimizi dağıtmış, mənimsəməyə çalışmışlar. Hətta qəbiristanlıqlarımızı dağıdaraq tariximizi yurd yerdlərimizdən silmək istəmişlər. Bunu Azərbaycan xalqı, gələcək nəsillər heç vaxt unutmamalıdır. 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Müharibə dövründə Ermənistan hərbi cinayətlər törətmişdir, dinc şəhərlərimizi bombalayırdı, "İsgəndər M”, "Toçka U”, "Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, təki müharibə dayanmasın. Biz müharibəni vaxtında dayandırdıq və mən müharibənin ilk günündə demişdim ki, düşmən torpaqlarımızdan çıxmaq cədvəlini bizə verməlidir - nə vaxt hansı bölgədən çıxır, ondan sonra biz müharibəni dayandıracağıq. Ancaq bəzi insanlar bu, təbiidir, hesab edirdilər ki, Azərbaycan rəhbərliyi bu beynəlxalq ermənipərəst qüvvələrin təzyiqinə davam gətirə bilməyə bilər və xalqımız narahat idi ki, işimiz yarımçıq qalacaq.  Amma mən dedim, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik. 2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq”.

Dövlətimiz, xalqımız indi bərpa-quruculuq işi ilə məşğuldur. Bu gün Bakının ən gözəl yerlərinin birində Zəfər parkı açılıb. Parkın ərazisi 10 hektara yaxındır. Burada gələcəkdə Zəfər muzeyidə açılacaq. Bunlar Azərbaycanın Zəfərinin, Qələbəsinin parlaq simvoludur. 

Azərbaycan Prezidenti Zəfər parkının açılışında qeyd etmişdir ki, şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Aksana Həsənova

Xırdalan şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının müdiri,

şəhid mayor Elşad Həsənovun həyat yoldaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri