Icma.az
close
up
RU
Zəfərin təntənəsi, dirçəlişin və qardaşlığın rəmzi

Zəfərin təntənəsi, dirçəlişin və qardaşlığın rəmzi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus təbiətə malik bölgələrindən biri olan Füzuli torpağı xalqımızın milli yaddaşında xüsusi yer tutur. Bu diyarın hər qarışı Vətən sevgisinin, mübarizə əzminin və doğma yurda bağlılığın canlı təcəssümüdür. Bu gün Füzuli həm şanlı Zəfərimizin, həm də işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərinin rəmzi kimi diqqət çəkir.

Füzuli rayonu Azərbaycanın cənub-qərbində yerləşir, Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Tarixi-mədəni abidələrlə zəngin olan rayon qədim yaşayış məskənləri, memarlıq nümunələri və təbii sərvətləri ilə seçilir. Arğalı, Babı və Mirəli türbələri, Hacıqiyasəddin məscidi və Karvansara bu diyarın zəngin tarixi irsinin mühüm nümunələrindəndir. Lakin uzun illər davam edən işğal Füzulinin tarixi irsinə ağır zərbə vurmuş, şəhər və kəndlərimiz dağıntılara məruz qalmışdır.

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Füzuli torpağı uzun illər həsrət və nisgil içində qaldı. Doğma yurdlarından didərgin düşən sakinlər qayıdış gününü səbirsizliklə gözləyir, torpaqlarımızın azad olunacağına inamlarını qoruyub saxlayırdılar. Bu inam 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ilə gerçəyə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası uğrunda misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan tam azad edilməsi hərb tariximizin şanlı səhifələrindən birinə çevrildi. Bu qələbə xalqımızın iradəsinin, ordumuzun gücünün və milli birliyimizin təntənəsi idi.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə oktyabrın 17-si Füzuli şəhəri günü kimi təsis edildi. Hər il qeyd olunan bu əlamətdar tarix xalqımızın qələbə ruhunu, şəhidlərimizin müqəddəs xatirəsini və Vətən uğrunda mübarizənin əzəmətini özündə birləşdirir. Füzulinin azadlığı yalnız bir şəhərin düşmən işğalından qurtuluşu deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi deməkdir.

Bu gün Füzulidə həyat yenidən canlanır, şəhər müasir tələblərə uyğun şəkildə qurulur, sosial və nəqliyyat infrastrukturu yaradılır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, avtomobil yollarının çəkilməsi və digər mühüm layihələrin həyata keçirilməsi bölgənin inkişafına, Qarabağın nəqliyyat-logistika imkanlarının genişlənməsinə xidmət edir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışına başlanılması Böyük Qayıdışın mühüm mərhələsidir. Doğma torpağa qayıdan sakinlərin evlərində yenidən həyatın başlanması dövlətimizin ardıcıl siyasətinin və xalqımızın sarsılmaz iradəsinin nəticəsidir.

Füzulinin yenidən qurulmasında qardaş Özbəkistan Respublikasının göstərdiyi maddi və mənəvi dəstək də xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik müasir orta məktəbin inşa edilməsi iki qardaş xalq arasında dostluğun və həmrəyliyin parlaq nümunəsidir. 2023-cü il avqustun 23-də açılışı olan məktəb müasir təhsil imkanları ilə yanaşı, Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təməllərini və ortaq mənəvi dəyərlərini də təcəssüm etdirir. Bu nəcib təşəbbüs göstərir ki, həqiqi qardaşlıq çətin günlərdə nümayiş etdirilən həmrəylik və xoş niyyətlə daha da möhkəmlənir.

17 Oktyabr – Füzuli şəhəri günü xalqımız üçün həm qürur, həm də gələcəyə inam tarixidir. Bu gün biz torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq. Füzulinin xarabalıqlardan müasir və abad şəhərə çevrilməsi Azərbaycanın quruculuq əzminin, dövlətimizin qüdrətinin və xalqımızın yenilməz ruhunun göstəricisidir. Bu qədim diyar bundan sonra da sülhün, inkişafın, milli birliyin və qardaşlıq münasibətlərinin təntənəsini yaşayacaq.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri