Icma.az
close
up
RU
Zəfərin yaratdığı gerçəklik sülh prosesinin təməlidir

Zəfərin yaratdığı gerçəklik sülh prosesinin təməlidir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”lə bağlı əldə edilmiş əsaslı razılaşma Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfəri diplomatik və hüquqi cəhətdən tamamlayan tarixi nəticə olmaqla Prezident İlham Əliyevin liderliyilə yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyan tarixi bir sənəddir”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova XQ-yə bu açıqlamasının davamında bildirdi:

– İlk növbədə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəqil dövlətçilik məntiqindən qaynaqlanan liderlik strategiyasının əsas məqsədi apardığı ədalətli müharibə və onun nəticələrinin möhkəmləndirilməsi işində yalnız qələbə qazanmaq deyil, həm də regionda davamlı sülh və əməkdaşlıq mühiti yaratmaq olmuşdur. Məhz bu baxış əsasında Azərbaycan tərəfi münaqişədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edərək beynəlxalq hüquqa əsaslanan 5 bənddən ibarət gündəlik irəli sürdü.

Postmünaqişə dövründə tərəflər arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən sazişin əsas müddəalarına ümumiləşmiş şəkildə nəzər salsaq görərik:

– Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır, gələcəkdə bu kontekstdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür (maddə l və ll).

– Tərəflər güc tətbiqindən və daxili işlərə müdaxilədən tamamilə çəkinməyi öhdəlik kimi qəbul edirlər (maddə lll və lV).

– 30 ilə yaxın fasilədən sonra diplomatik kanalların rəsmi bərpası sülhün institusional təməlinin formalaşmasına şərait yaradır (maddə V).

– Müvafiq komissiyalar vasitəsilə dövlət sərhədlərinin hüquqi qeydiyyatı və sabitliyin təmin olunması öhdəlik altına alınır (maddə Vl və Vll).

– Humanitar məsələlərin həlli və etimadın bərpası (maddə Xl) və s.

Azərbaycanın sərgilədiyi prinsipial və hüquqa əsaslanan yanaşma təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya regionu üçün sülh modelinə çevrilmək potensialına malikdir. Bu baxımdan Sülhün təmin olunması daxili siyasi iradənin və strateji ardıcıllığın nəticəsi olmaqla Prezident İlham Əliyevin liderliyində sistemli yanaşmanın nailiyyətidir.

Bu siyasətin uğurunun regionun lider dövləti, sülh prosesinin təşəbbüskarı və əsas aktoru kimi Azərbaycanın yerini regional və qlobal miqyasda möhkəmləndirdiyini vurğulayan Bahar Muradova, həmçinin bildirdi:

– Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ Prezidenti Donald Trampın iştirakı və evsahibliyində paraflanan Sülh Sazişinin təxirəsalınmadan icrası regionda yeni nəqliyyat dəhlizlərinin reallaşmasına, iqtisadi və ticari əlaqələrin genişlənməsinə, enerji və logistika infrastrukturunun Cənubi Qafqazda yenidən qurulmasına zəmin yaratmaqla regional və qlobal miqyasda inkişafa və rifaha təkan verəcəkdir.

Bundan əlavə, humanitar və mədəni sahələrdə əməkdaşlıq imkanları bölgədə xalqlar arasında inam və etimadın qurulmasına, qarşılıqlı hörmətin artmasına xidmət edəcəkdir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşan bu iradə, XXI əsrdə dövlətlərarası münasibətlərdə hüquqa əsaslanan yanaşmanın, ədalətli və inklüziv sülh modelinin real tətbiqi nümunəsi kimi tarixə düşür.

Hazırladı:
Zərifə HÜSEYNOVA

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri