Icma.az
close
up
RU
“Laçın Zəfərin yaratdığı müasir şəhərə çevrilib”

“Laçın Zəfərin yaratdığı müasir şəhərə çevrilib”

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Laçının işğalı Azərbaycan ərazilərinin işğalına gedən yolun mühüm mərhələlərindən birinə çevrildi. Laçının strateji əhəmiyyəti onun Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaratması ilə bağlı idi. 1992-ci ildə Şuşa və Laçının itirilməsi ölkənin təhlükəsizlik və ərazi bütövlüyü baxımından ağır nəticələr doğurdu.
İşğal nəticəsində Laçın əhalisi doğma yurd-yuvasından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olan Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. 30 ilə yaxın işğal altında qalan şəhər və rayon artıq Böyük Qayıdışın ünvanına, genişmiqyaslı quruculuğun və sürətli inkişafın nümunəsinə çevrilib. Laçının bugünkü simasında tarixlə müasirlik, Zəfərlə quruculuq, qayıdışla gələcəyə inam vəhdət təşkil edir.


İşğal illərində Laçında Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı məqsədyönlü dağıntılar həyata keçirildi. Mədəniyyət, təhsil, səhiyyə və digər sosial obyektlər talan edildi və dağıdıldı. Tarixi abidələrə zərər vuruldu, yaşayış məntəqələrinin adları dəyişdirildi.


Bununla yanaşı, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş qanunsuz məskunlaşdırma siyasəti aparıldı, təbii sərvətlərdən qanunsuz istifadə edildi.


Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər Laçının taleyini də dəyişdi. 10 noyabr - üçtərəfli bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 30 ildən artıq davam edən həsrətə son qoyuldu. Laçın yenidən Azərbaycan bayrağı altında öz inkişaf yoluna qədəm qoydu.


Məhz bu tarixi hadisənin rəmzi olaraq 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi Laçının tarixində yeni mərhələnin başlanğıcını rəsmiləşdirdi.
Bu gün Laçın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma siyasətinin ən parlaq nümunələrindən biridir.
Laçında inşa olunan müasir binalar, salınan yollar, yaradılan sosial obyektlər, enerji və istehsal müəssisələri bu böyük quruculuq siyasətinin real nəticələridir.
Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə təşkilinə imkan yaradır.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulması isə rayonun gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Layihəyə əsasən 100 milyon kubmetr ümumi tutuma malik su anbarı yaradılacaq. Təxminən 172 kilometr uzunluğunda magistral boru kəmərinin inşası da nəzərdə tutulur. Bu layihənin reallaşması Laçınla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min insanın keyfiyyətli içməli su ilə təminatına imkan yaradacaq.
Beləliklə, Laçın təkcə özünün deyil, bütövlükdə regionun gələcək inkişafında mühüm infrastruktur mərkəzinə çevrilir.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə şəhərin strateji və beynəlxalq əhəmiyyətini daha da artırıb. 2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı regionun nəqliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Bu hava limanı həmçinin Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının inkişafına yeni imkanlar açır. Laçının dirçəlişinin ən böyük göstəricisi isə, heç şübhəsiz, insanların öz doğma yurdlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma şəhərə qayıdışı başlayıb.
Laçında qurulan yeni yaşayış evləri, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, parklar, yollar və digər sosial obyektlər qayıdan sakinlərin rahat və təhlükəsiz həyatını təmin etmək məqsədi daşıyır.
Laçında rayonun iqtisadi potensialının inkişafı üçün də mühüm addımlar atılır. Laçın Aqro-Sənaye Parkında 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur.
2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi isə şəhərin artan mədəni əhəmiyyətinin göstəricisidir.
Laçının bugünkü mənzərəsi Prezident İlham Əliyevin azad edilmiş ərazilərə ardıcıl səfərlərində müəyyənləşdirilən inkişaf strategiyasının nəticəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən görüşü şəhərin yeni geosiyasi və diplomatik əhəmiyyətini də nümayiş etdirdi.
Beləliklə, azad Laçın Azərbaycanın Zəfər tarixinin canlı səhifəsi, Böyük Qayıdışın rəmzi və gələcəyə hesablanmış böyük inkişafın bariz nümunəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Avqust 2026 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri