Zefirin elə faydaları üzə çıxdı ki...
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Jelatin əsaslı təbii zefirin tərkibində təbii xondroprotektorlar var, desertdəki alma pektini isə antioksidant aktivliyə malikdir.
Bu barədə “RT”yə “Roskaçestvo”dan bildiriblər.
“Klassik zefirin tərkibinə şəkər, bəkməz, alma püresi, yumurta ağı və təbii qatılaşdırıcılar - pektin və ya aqar daxildir. Bu zaman alma püresi desertin məcburi inqrediyenti hesab olunur: o olmadan məhsul zefir adlandırıla bilməz”, - “Roskaçestvo” mütəxəssisləri izah ediblər.
Qurumdan qeyd olunub ki, şirəsiz zefirin 100 qramında 300–330 kilokalori var və tərkibində yağ yoxdur, bu da onu digər desertlər fonunda “yüngül şirniyyat” adlandırmağa imkan verir. Lakin onun tərkibində şəkər çoxdur, buna görə də diabetdən əziyyət çəkən insanlara zefir əks-göstərişdir, mədəaltı vəz xəstəlikləri zamanı isə onu ehtiyatla istehlak etmək lazımdır.
Alarkən tərkibini yoxlamaq, alma püresi və təbii qatılaşdırıcıları olan zefiri seçmək tövsiyə olunur. Desert şirəlidirsə, şirənin təkibində kakao yağının əvəzediciləri olmamalıdır. Keyfiyyətli zefir yumşaq, havalı olmalı və asanlıqla bölünməlidir. Qurumaması üçün onu otaq temperaturunda, günəş şüalarından və istilik mənbələrindən uzaqda, polietilen paketdə saxlamaq məsləhət görülür. (Publika.az)
Baxış sayı:108
Bu xəbər 20 Oktyabr 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















