Icma.az
close
up
RU
Zəhmətdən toxunan ömrün 80 ci ilməsi

Zəhmətdən toxunan ömrün 80 ci ilməsi

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Cabir Albantürk

Azərbaycanın dahi şəxsiyyətləri, söz, sənət adamları zəhmət adamlarından daim hörmət və məhəbbət hissi ilə danışmış, onların şəninə gözəl əsərlər yaratmışlar. Halal, dürüst, işinin peşəkarı olan insanlara elimiz də həmişə ehtiramla yanaşıb, onları məclislərin yuxarıda başında əyləşdirib. Zəhməti ilə sağlığında özünə dəyər qazanmış belə insanlardan biri - Abdulrəhim Hacıyevdən söhbət açacağıq.

...Füsunkar təbiətli Qubanın qədim kəndində - Alpanda dünyaya gələn oğlan uşağına ata babasının, kənddə dəyirmanlar sahibi kimi tanınan Hacı Abdulrəhimin adını qoyurlar. Amma nənəsi Ayşənəm xanım rəhmətlik həyat yoldaşının adının tez-tez hallanmasını istəmədiyi üçün onu İbrahim deyə çağırır və bütün nəsli buna vərdişkar edir. Balaca Abdulrəhimin ibtidai siniflərdə aldığı tərifnamələrdə, təhsil şəhadətnaməsində adı İbrahim yazılıb. Kamal attestatında isə doğum sənədinə əsasən Abdulrəhim kimi qeyd olunur.

Gəlin qəhrəmanımızın xidməti xronikasına birlikdə nəzər yetirək. 1946-cı il iyulun 2-də ziyalı ailəsində doğulan Abdulrəhimin atası Mövlud Hacıyev 50 ildən çox Alpan kənd orta məktəbində ibtidai sinif müəllimi işləyib. Orta təhsilini bu məktəbdə alan Abdulrəhim 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya şöbəsinə qəbul olunur. 1967-ci ildə İnstitutu “əla” qiymətlərlə başa vuran A. Hacıyev Respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyində işə götürülür. Bundan sonra o, həm də ikiillik Bakı Ali Partiya məktəbini, Kiyevdə rəhbər işçilərin ixtisasartırma və Moskvada Həmkarlar təşkilatı sədrlərinin təkmilləşdirmə kurslarını bitirir.

Abdulrəhim Hacıyev 50 illik əmək fəaliyyəti dövründə, Meliorasiya və Su Təsərrüfatı Nazirliyində, sonralar Komitə, Agentlik və Səhmdar Cəmiyyəti adlandırılan müəssisədə sıravi mühəndislikdən idarə rəisinədək müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin bu idarənin Nəzarət qrupunun, Həmkarlar ittifaqının sədri kimi də fəaliyyət göstərib.

A. Hacıyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və Gürcüstan Respublkası arasında dövlət səhədinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın, eləcə də Araz və Samur çaylarının su ehtiyatlarının birgə istifadəsi üzrə Azərbaycan və İran İslam Respublikası və Rusiya Federasiyası arasında qurulmuş Birgə Komissiyaların üzvü kimi olduqca məsul vəzifələrdə çalışıb.

...Məhz zəhmətsevərliyi, peşəkarlığı və yüksək insani keyfiyyəttləri ilə rayonun, eləcə də bölgənin sayılıb-seçilən ziyalısına çevrilmiş Abdulrəhim müəllim özü haqqında danışmağı xoşlamır. Buna görə dost-tanışı ondan söz düşəndə məhrəm nəvazişlə “köhnə kişilərdəndir” deyirlər.

O, həm də vəfalı həyat yoldaşı, qayğıkeş ata, mehriban babadır. 1972-ci ildə qonşu Qusar rayonunun Xuray kəndindən olan şəfqət bacısı Əzimə xanımla ailə həyatı quran A. Hacıyevin bu nikahdan bir övladı dünyaya gəlir. Oğlu Vüsal ali təhsilli, savadlı kadr kimi hazırda yüksək vəzifədə çalışır. A.Hacıyevin meliorasiya və su təsərrüfatı sistemində uzun müddət səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, 1980-ci ildə “Əməkdə fərqlənməyə görə”, 2008-ci ildə isə “Tərəqqi” medallarına layiq görülüb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarıl ilə 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adna, 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Böyüməkdə olan nəslə nümunə göstərilməyə layiq, zəhmətdən yoğrulan ömrünün 80-ci ilməsini fəxarət və sevinc dolu hislərlə vuran Abdulrəhim Hacıyevə Tanrıdan gümrahlıq və könül xoşluğu diləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 İyul 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri