Icma.az
close
up
RU
Torpaq zəhmətdən bərəkət alır

Torpaq zəhmətdən bərəkət alır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, məhsul ixracının artırılması üçün Sabirabad rayonunda da mütəmadi işlər görülür. Rayon aqrar inkişaf mərkəzindən verilən məlumata görə, cari ildə pambıq əkini dövriyyəsinə 11 min 86 hektar torpaq sahəsi cəlb edilib. Bu da 2017-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

Pambıqçılığın inkişaf etdirilməsi nəinki bu sahədə çalışan insanların maddi rifahını yaxşılaşdır, eyni zamanda, rayonda fəaliyyət göstərən pambıq qəbulu məntəqələrinin də maddi-texniki bazasını gücləndirir. Hətta elə fermerlər var ki, hər hektardan 60 sentner məhsul götürürlər.

“P-Aqro” MMC-nin Sabirabad rayon filialının direktoru Xalid Məmmədov bildirdi: “Ölkə Prezidentinin pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğının işimizə müsbət təsirini daim göstərir. 2017–2023-cü illər Dövlət Proqramının uğurlu icrası inkişafa böyük töhfə verdiyindən əhalinin maddi rifahı xeyli yüksəlib. Biz bu il 1200 hektar sahədə pambıq əkmişik və aqrotexniki qaydala düzgün əməl etdiyimizdən bol məhsul yetişib. Becərmənin düzgün aparılması, toxumların ciddi nəzarət altında əkilməsi, texnikadan düzgün istifadə olunması öz müsbət bəhrəsini verib. Həm də bu il sovka olmadı. Ötən il 4–5 dəfə zərərvericilərə qarşı dərman vermişdiksə, bu il çox az oldu. Məhsul yığımı sürətlə davam edir. 7 pambıqyığan kombayn, 65 lafet, 25 daşıyıcı traktor bütün gün ərzində işləyir. Sahələrdə məhsul boldur. Hazırda məhsulu optimal müddətdə və itkisiz yığmaq üçün bütün imkanları səfərbər etmişik”.

O əlavə etdi ki, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən toxumların keyfiyyətinə nəzarət edilib. Şum, mala, suvarma da vaxtında aparılıb. Əkilən toxumlar yaxşı olsa da, aqrotexniki qaydalara düzgün əməl etmək əsas şərtdir.

X.Məmmədov pambıqçı ailəsində böyüyüb. Atası uzun illər təsərrüfatda briqadir işləyib. Həmsöhbətim Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb və 1986-cı ildən pambıqçılıqla məşğul olur. Dediyinə görə, pambıqçılığın üstünlüyü ondadır ki, digər kənd təsərrüfatı məhsullarından fərqli olaraq alıcısı var. Artıq hər kəs yaxşı bilir ki, nə qədər çox çalışsa, bir o qədər də artıq qazanacaq. Emal müəssisələrinin aldığı məhsulun ödənişini həftədə 2 dəfə həyata keçirməsi də fermerləri tam razı salır. Zərərvericilərə qarşı istifadə edilən kimyəvi maddələrin alınmasında güzəştlərin tətbiqi isə bu məmnunluğu qat-qat artırardı.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri