Zehra Güneşdən 8 ay sonra etiraf: “Mənim heç vaxt belə bir evim olmayıb” FOTO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin milli voleybolçusu Zehra Güneş 8 ay əvvəl gündəmə gələn “lüks villa tikdirdiyi” iddialarını sosial media vasitəsilə təkzib edib. Əvvəlki aylarda memar Şafak Çakın Güneşlə birlikdə villanın önündə çəkilmiş fotosunu paylaşmasından sonra bu iddialar daha da böyümüşdü.
Bizim.Media xəbər verir ki, Güneş sosial şəbəkə hesabında etdiyi paylaşımda “Mənim heç vaxt belə bir evim olmayıb” ifadəsini işlədərək iddiaları rədd edib.
VakıfBank klubunda çıxış edən Zehra Güneş 8 ay əvvəl “super lüks villa tikdirdiyi” xəbərləri ilə gündəmə gəlmişdi. Sözügedən iddialarda villanın bağçasına Zehra Güneşin adının baş hərfi olan “Z”nin “günəş” formasında döşəmə ilə işlənəcəyi, hovuz kənarına isə voleybol topu formasında işıqlandırmalı heykəlin qoyulacağı irəli sürülmüşdü. Heykəlin arxasında “Girl Power” ifadəsinin “GRL PWR” şəklində neon lövhə ilə yazılacağı da iddia edilirdi.
Aylar sonra mövzu ilə bağlı paylaşım edən Zehra Güneş iddia edilən villanın bağçası olduğu deyilən bir fotosunu yayımlayıb və altına qısa qeyd əlavə edib.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 15 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















