Icma.az
close
up
RU
Zəif nəticə göstərmək şagirdin zəif olması anlamına gəlmir AÇIQLAMA

Zəif nəticə göstərmək şagirdin zəif olması anlamına gəlmir AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2-3-cü qruplar üçün blok imtahanının birinci mərhələsi keçirilib. İkinci mərhələnin iyulda keçirilməsi planlanlaşdırılır. Bəzi abituriyentlər isə zəif nəticə göstərdiklərinə görə motivasiyadan düşüblər.

Bəs ilk mərhələdə zəif nəticə göstərənlər özlərini psixoloji olaraq ikinci mərhələyə necə hazırlamalıdırlar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, zəif nəticə göstərmək şagirdin zəif olması anlamına gəlmir.

"Bu, sadəcə həmin gün və şəraitdə onun potensialını tam göstərə bilmədiyini göstərir. İmtahan, xüsusilə də bu tip blok imtahanları yalnız bilik yox, eyni zamanda streslə baş etmə bacarığını da ölçür. İkinci mərhələyə psixoloji hazırlıq üçün bir neçə mühüm məqamı vurğulamaq olar. Uğursuzluğu şəxsiyyətləri ilə eyniləşdirməsinlər. Şagirdlər anlamalıdırlar ki, bir imtahandan alınan nəticə onların kim olduqlarını müəyyən etmir. Bu, sadəcə bir mərhələdir və düzəltmək, inkişaf etmək mümkündür.

Qorxu yerinə bu hala təcrübə kimi baxmaq lazımdır. İlk mərhələ onların üçün real bir məşq oldu. Bu dəfə imtahan ab-havasına artıq tanışdırlar. Bu təcrübəni bir fürsətə çevirmək lazımdır".

Müsahibimiz qeyd etdi ki, növbəti imtahana məqsədli və planlı hazırlaşmaq lazımdır.

"İkinci mərhələyə qədər olan vaxt ərzində konkret hədəflər qoymaq, zəif mövzular üzərində işləmək və zaman bölgüsünü düzgün aparmaq həm inamı artıracaq, həm də nəticəni. “Mən bacarmaram”, “onsuz da alınmayacaq” kimi düşüncələrdən uzaq durmaq vacibdir. Bu cür neqativ düşüncələr yerinə “irəliləyə bilərəm”, “mən əvvəlki səhvlərdən öyrənmişəm” kimi motivasiyaedici cümlələr qurmaq önəmlidir. Valideynlər uşaqlara nəticəyə görə yox, səy göstərdiklərinə görə dəyər verdiklərini hiss etdirməlidirlər. Bu, onların üzərindəki təzyiqi azaldacaq və daha rahat hazırlaşmalarına şərait yaradacaq. Unutmayaq ki, psixoloji hazırlıq bəzən akademik hazırlıq qədər əhəmiyyətlidir. Uşaqlarımıza güvənək və onların potensiallarına inanmaq valideyn olaraq hər birimizim borcudur", - deyə Z.Əyyubova əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri