Icma.az
close
up
RU
Şagirdin zəif nəticəsi yalnız müəllimin üzərinə qoyula bilməz Vüsalə Ağabəyli

Şagirdin zəif nəticəsi yalnız müəllimin üzərinə qoyula bilməz Vüsalə Ağabəyli

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Təhsildəki uğurlu hallarla yanaşı, boşluqlar, uğursuz nəticələr, qeyri-peşəkar müəllimlər və keyfiyyətsiz göstəricilər zaman-zaman bizi də narahat edir. Lakin bütün bunlara baxmayaraq, nazirin “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verək?” fikri həddindən artıq emosional səslənir və təbii olaraq böyük bir müəllim ordusunda qıcıq doğurur. Ola bilsin ki, başqa məntiq və ya prizmadan yanaşılıb, yəni nazir haqlı olaraq düşünür ki, təhsildə nəticə olmalıdır, məsuliyyət ölçülməlidir. Lakin istənilən halda bu fikir cəmiyyət qarşısında problematikdir. Çünki şagirdin zəif nəticəsi yalnız müəllimin üzərinə qoyula bilməz".

Bu fikirləri Redaktor.az-a filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli  elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi “əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?” fikrindən və bu fikrə əks olaraq bəziləri tərəfindən səsləndirilən "ölkədə keyfiyyətli təhsil yoxdursa, nazirə niyə maaş verməliyik?" fikrindən danışarkən bildirdi.

Onun sözlərinə görə, təhsil çoxfaktorlu sistemdir:

"Proqramlar, dərsliklər, dərs yükü, sinifdəki şagirdlərin sayı, sosial mühit, valideyn faktoru, məktəbin infrastrukturu və s. bütünlükdə bu sistemin formalaşmasına xidmət edir. Müəllimi yalnız nəticəyə görə “cəzalandırmaq” onu yaradıcılıqdan çox formal öyrətməyə yönəldə bilər. Ümumiyyətlə, bütün bu yükü müəllimin boynuna qoymaq düzgün deyil.

Bəzilərinin nazirə cavabı isə əslində güzgü effekti yaradır. Təhsil siyasətinin uğuru fərdi müəllimlərin deyil, sistemin nəticəsi ilə ölçülür. Əgər illər ərzində səsləndirilən problemlər qalıcıdırsa, həlli yolunu tapmırsa, məsuliyyət təkcə aşağı pillələrdə deyil, yuxarı idarəetmədə də axtarılmalıdır. Təbii ki, təhsilin keyfiyyəti təkcə nazirin fəaliyyəti ilə də tam ölçülə bilməz; islahatlar gec nəticə verir, populist yanaşma real problemlərin dərinliyini gizlədir".

Dosent vurğuladı ki, təhsildə məsuliyyət zəncirvaridir.

"Şagird öyrənməyə motivasiyaya görə, valideynlərin dəstəyinə görə, müəllim peşəkarlığına, pedaqoji keyfiyyətə görə, məktəb rəhbərliyi düzgün təşkilati mühitə görə, nazirlik isə təhsil siyasətinə, resurslara, strateji vizyona və missiyaya görə cavabdehdir.

Uğurlu nəticə istəyiriksə, birini digərinə qarşı qoymaq və ya bütün məsuliyyəti müəllimin üzərinə atmaq yox, hər səviyyənin cavabdehliyini dəqiq müəyyənləşdirmək lazımdır. Əslində, real mövqe qarşılıqlı şəkildə söz atəşi açmaqda, toqquşma yaratmaqda deyil, sistemin şəffaf, ölçülə bilən və ədalətli şəkildə qiymətləndirilməsindədir. Təhsil günahkar axtarmaqla yox, məsuliyyəti bölüşdürməklə inkişaf edir", - deyə Vüsalə Ağabəyli yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri