Icma.az
close
up
RU
Zəif ürəyin 5 səbəbi... Bədənin mühərriki niyə gücdən düşür?

Zəif ürəyin 5 səbəbi... Bədənin mühərriki niyə gücdən düşür?

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir insanın ürəyi stress, həyat şəraiti və zərərli qidalanmadan 30 yaşdan sonra artıq zəifləməyə və qocalmağa doğru gedir.

Saglamolun.az medicina.az-a istinadən zəif ürəyin 5 səbəbini təqdim edir.

Birinci geniş yayılmış səbəb – müntəzəm olaraq təzyiqin qalxması və daim 140/90-dan yüksək qalmasıdır. 50 yaşdan yuxarı hər 3 şəxsdən biri hipertoniya xəstəsidir. Təəssüf ki, bir çox insanlar hipertoniya gizli inkişaf etdiyi üçün bunu bilmirlər. 140 təzyiq zamanı insan özünü normal hiss etsə də, ürək üçün bu təzyiq yükdür və onu sıradan çıxarır. Yüksək təzyiqlə barışmaq və onunla mübarizə aparmamaq gələcəkdə insult və infarktla üz-üzə qalmaqdır.

İkinci səbəb – miokardın infarktı. Koronar arteriyaların trombozu infarktın əsas səbəbidir. Hazırda kardioloji əməliyyatlarla infarkta gəlib çatmadan damarların açılması, şuntlanması və stendlənməsi xəstələri xilas edir və ayağa qaldırır. Ona görə də 45 yaşdan sonra ürək damarları 2-3 ildən bir yoxlanmalıdır. Yüksək xolesterin və təzyiq bu damarların tutulmasına səbəb olur.

Üçüncü səbəb – ürək əzələsinin virus zədələnməsi: miokardit. İstənilən virusdan – qrip, respirator, indiki halda koronavirus və s.-dən ürək zədələnə bilər. Ona görə də respirator-virus xəstəliklər zamanı yataq rejiminə əməl etməli, çox gəzmək, işləmək, idman etmək olmaz. Hər qripdən sonra mütlər ürəyi EKQ etdirmək lazımdır.

Dördüncü səbəb – klapanların revmatizm, müxtəlif bakterial infeksiyalardan və stenozdan zədələnməsi. Bunun qarşısını almaq üçün revmatizm zamanı ürəyi diqqətdə saxlamaq, kardioloq müalicəsini almalı, ürəyi daim müayinə və müalicə etdirmək lazımdır.

Beşinci səbəb – Ürəyin toksiki zədələnməsi, yəni zəhərlənməsi. Bu içkidən və müxtəlif dərmanlardan ola bilir. Uzun müddət içki içənlərdə ürək əzələsi qocalır, ürək ölçüsü böyüyür, kardiomiopatiya baş verir.

Bu problemlər zamanla gizli gedə, heç bir əlamət verməyə bilər. Bu səbəbdən ildə 1 dəfə ürəyin profilsktik müayinəsi aparılmalıdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri