Zelenski 2025 ci ildə müharibənin başa çatması üçün lazım olan şərtləri açıqlayıb
Icma.az bildirir, Report.az portalına istinadən.
Ukraynada müharibənin 2025-ci ildə başa çatması mümkündür, lakin bunun üçün zəruri tədbirlər görülməlidir. Xüsusilə, Rusiyaya qarşı sanksiyalar gücləndirilməli və ölkəmizə təhlükəsizlik zəmanətləri verilməlidir.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın ITV News telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyev "yalnız təcavüzün yeni dalğasını təxirə salacaq" münaqişənin dondurulmasını qəbul etməyəcək.
"Əgər Rusiyaya işğal olunmuş əraziləri nəzarətdə saxlamağa icazə verilərsə, Vladimir Putin bunu cəzasızlıq siqnalı kimi qəbul edəcək və bir neçə ildən sonra yenidən müharibəyə başlayacaq. Bizə yeni təcavüzü qeyri-mümkün edəcək real təhlükəsizlik zəmanətləri lazımdır", - Zelenski vurğulayıb.
O, həmçinin qeyd edib ki, ədalətli sülh planı beynəlxalq hüquqa əsaslanmalı və Ukraynanın maraqları nəzərə almalıdır, yalnız üçüncü ölkələr üçün faydalı olmamalıdır.
V.Zelenski 2025-ci ildə müharibəni başa çatdırmaq üçün bütün imkanların yarandığını və ABŞ Prezidenti Donald Trampın da bunu istədiyini əlavə edib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 09 Fevral 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















