Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu İranla münaqişənin yalnız hazırkı rejimin süqutu və ya Tehranın nüvə proqramından imtina etməsi ilə başa çata biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Netanyahu bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, İran razılaşma ilə və ya razılaşma olmadan nüvə proqramının inkişafını dayandırmalıdır.
İsrail hökumətinin başçısı həmçinin xəbərdarlıq edib ki, İran və ya onun müttəfiqləri tərəfindən hücum olacağı təqdirdə İsrail “çox və çox qətiyyətli” cavab verəcək.
Netanyahu İsrailin beynəlxalq təcrid vəziyyətində olması ilə bağlı iddiaları da təkzib edib. Onun sözlərinə görə, Afrika, Latın Amerikası, Asiya və hətta Avropadakı bir çox ölkə İsraillə əməkdaşlıq etmək, onun texnologiyalarından və hərbi imkanlarından yararlanmaq istəyir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 İyul 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















