Zelenski 30a yaxın şəxsi səfir təyin edəcək KİV
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Avropa, Asiya, Afrika, Yaxın və Uzaq Şərq, Amerika və digər regionlarda otuz nəfərə yaxın səfir təyin etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə “Zerkalo Nedeli” agentliyi məlumat verib.
Avstriyada Ukraynanı Yuri Vitrenko, Estoniyada Vasili Boyeçko, İspaniyada isə Yuliya Sokolovskaya təmsil edəcək. Ukraynanın Çindəki səfiri isə Aleksandr Neçitaylo olacaq.
Həmçinin Nəriman Cəlalın Türkiyədə səfir, Alena Getmançukun Ukraynanın NATO-dakı missiyasına, Andrey Melnikin isə ölkənin BMT-dəki nümayəndəsi təyin edilməsi planlaşdırılır. Prezident Zelenski bu təyinatları əvvəllər də elan etmişdi, lakin fərmanlar hələ prezidentin internet saytında yer almayıb. Təyin olunan səfirlərin əksəriyyəti karyera diplomatlarıdır.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















