Zelenski Putinlə şəxsi münasibətlərdən danışdı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə şəxsi münasibətlərinin sülh prosesinə təsirini izah edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Politico” nəşrinə verdiyi müsahibədə danışıb.
“Heç kim demir ki, biz dost olmalıyıq. Putin Ukraynanı işğal etməyə çalışdı. Biz cavab verdik və o, çoxlu əsgər itirdi. Bu münasibət tamamilə başa düşüləndir. Amma bizə sülh lazımdır. Sülh emosiyalarla bağlı deyil. Nifrət isə emosiyalarla bağlıdır”, – deyə Ukrayna lideri bildirib.
Zelenski sülh müqaviləsinin iki lider arasındakı şəxsi münasibətlərlə heç bir şəkildə əlaqəli olmadığını vurğulayıb.
O bildirib ki, bu, insanlara yaşamaq və münaqişəyə son qoymaq imkanı verəcək konkret sənəddir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 Mart 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















