Zelenski ABŞ dan Patriot sistemləri üçün təcili raket tədarükü istəyib
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə Kiyevə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün təcili "qış paketi" çərçivəsində raketlərin verilməsini xahiş etdiyini bildirib.
Zelenski bu barədə "Axios" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna qış mövsümü başlamazdan əvvəl hava hücumundan müdafiə sistemləri üçün 300 raket ehtiyatı formalaşdırmağı planlaşdırır.
Zelenski qeyd edib ki, Ukraynanın "Patriot" sistemləri üçün raket ehtiyatı demək olar ki, tükənib və bu raketlər olmadan ölkə ballistik raket hücumlarından effektiv müdafiə oluna bilmir.
Prezident vurğulayıb ki, məhz bu səbəbdən Ukrayna son vaxtlar Rusiyanın Kiyevə endirdiyi ballistik raket zərbələrinin qarşısını tam şəkildə ala bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 29 İyul 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















