Icma.az
close
up
RU
Zelenski ABŞ ın sülh planı barədə: Kəskin açıqlamalar verməyəcəyik

Zelenski ABŞ ın sülh planı barədə: Kəskin açıqlamalar verməyəcəyik

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Ukrayna üzrə "sülh planını” şərh edərək bildirib ki, Ukrayna hakimiyyəti kəskin bəyanatlar verməyəcək və aydın, dürüst işə fokuslanıb.

Qaynarinfo xəbər verir ki, o bu barədə özünün "Telegqram" kanalında yazıb.

"Bu gün mənim ABŞ nümayəndələri ilə görüşüm oldu. Əhəmiyyətli nümayəndə heyəti və çox ciddi söhbət. Amerika tərəfi müharibəni bitirmək üçün öz təkliflərini – planın bəndlərini, öz baxışlarını təqdim etdi. Biz müharibənin ilk günlərindən bəri çox sadə mövqedə olmuşuq: Ukraynaya sülh lazımdır. Və elə bir həqiqi sülh lazımdır ki, üçüncü işğal cəhdini qaçılmaz etməsin. Ləyaqətli sülh – yəni şərtlər bizim müstəqilliyimizə, suverenliyimizə, Ukrayna xalqının ləyaqətinə hörmət üzərində qurulmalıdır”, deyə Zelenski yazıb.

Onun sözlərinə görə, məhz belə şərtlər təmin edilməlidir.

"Mən bizim üçün prinsipial olan məqamları açıqladım. Razılaşdıq ki, komandalar bu təkliflər üzərində işləyəcək – elə şəkildə ki, bu, həqiqi bir proses olsun. Biz – Ukrayna, ABŞ və Avropadakı, eləcə də dünyadakı dost və tərəfdaşlarımızla birlikdə kəskin bəyanatlar verməyəcəyik və aydın, dürüst işə köklənmişik”, deyə o əlavə edib.

Prezident xatırladıb ki, son günlər Avropa liderləri ilə çoxlu danışıqlar aparılıb:

"Mən yaxın günlərdə prezident Tramp ilə danışmağı gözləyirəm. Biz anlayırıq ki, Amerikanın gücü və dəstəyi sülhü həqiqətən yaxınlaşdıra bilər və biz bunu itirmək istəmirik. Biz həmçinin başa düşürük ki, Rusiyanın sülhə real istəyi yoxdur – əks halda, onlar bu müharibəni heç vaxt başlamazdılar. Bu il boyu Rusiya tək bir məqsədi güdür: sanksiyaları gecikdirmək və müharibə üçün daha çox vaxt qazanmaq".

Onun fikrincə, ABŞ Rusiyanı müharibəni bitirməyə ciddi şəkildə məcbur edə bilər:

"Buna nail olmaq üçün gələcəkdə də yüz faiz çalışacağam – bütün vaxtım bu işə həsr olunub. Ukraynaya sülh lazımdır və Ukrayna elə etməlidir ki, dünyada heç kim deməsin ki, guya diplomatiyanı biz pozuruq. Bu çox vacibdir”.

Bundan əvvəl Aİ-nin yüksək nümayəndəsi Kaja Kallas bildirmişdi ki, ABŞ və Rusiya tərəfindən Ukrayna və Avropanın iştirakı olmadan sülh planı hazırlanması barədə xəbərlər fonunda Avropa İttifaqı Ukraynaya açıq dəstəyini nümayiş etdirir.

Ağ Ev isə vurğulayıb ki, Ukrayna müharibəsi mütləq nizamlanacaq və Ukrayna üzrə razılaşmaları Rusiyanın tələbi ilə birtərəfli ərazi güzəştləri kimi təqdim etmək yanlışdır.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri