Zelenski: Rusiya hücumlarının miqyası kəskin artıb
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Son bir həftə ərzində Rusiya Ukrayna ərazisinə təxminən 1300 zərbə dronu, 1200-ə yaxın idarə olunan aviasiya bombası və doqquz raket buraxıb".
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.
Onun sözlərinə görə, hücumlardan ən çox Odessa vilayəti və ölkənin cənub bölgələri zərər görüb. Dövlət qurumları regionlarda normal həyatın bərpası üçün işləri davam etdirir.
Ukrayna lideri qeyd edib ki, Rusiya hücumlarına qarşı müxtəlif səviyyələrdə tədbirlər görülür. Bu həftə Ukrayna üçün mühüm qərarların qəbul edildiyini bildirən Zelenski Avropa Şurasının 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro həcmində maliyyə və təhlükəsizlik zəmanəti ayırdığını, eləcə də Norveç və Yaponiyadan əhəmiyyətli yardım paketlərinin təqdim olunduğunu vurğulayıb.
Bundan başqa, Portuqaliya ilə dəniz dronlarının birgə istehsalı barədə razılıq əldə edildiyi bildirilib. Zelenskinin sözlərinə görə, Ukrayna və ABŞ arasında müharibənin ləyaqətli sülh yolu ilə başa çatdırılması üzrə danışıqlar da davam edir.
Prezident əlavə edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz təsirini göstərir:
“Ukraynaya dəstək verən hər kəsə təşəkkür edirəm. Müdafiə qabiliyyətimizi gücləndirməliyik ki, diplomatiyanın bu qan tökülməsinə son qoymaq üçün real şansı olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















