Icma.az
close
up
RU
Zelenski ABŞ yə gedə bilər Vaşinqton Cenevrə danışıqları ilə bağlı bəyanat yaydı

Zelenski ABŞ yə gedə bilər Vaşinqton Cenevrə danışıqları ilə bağlı bəyanat yaydı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ Ev bazar günü, 23 noyabrda Cenevrədə Kiyev nümayəndələri ilə keçirilən danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib. Görüşün yekununda tərəflər Ukraynanın suverenliyini tam şəkildə dəstəkləyən və ədalətli sülhün təmininə kömək edəcək yenilənmiş və dəqiqləşdirilmiş konsepsiya hazırlayıblar . 

"AzPolitika" bildirir ki, bunu Vaşinqton bəyanatda xüsusi vurğulayır.

Bəyanatda ABŞ Prezidenti Donald Trampın 28 bəndlik planına edilən dəyişikliklərin detalları açıqlanmır. Sənəd daha əvvəl Kiyevi dəstəkləyənlər tərəfindən Rusiyaya qarşı həddən artıq yumşaq olmaqda tənqid edilmişdi.

“Çox şey dəyişir – biz müharibənin dayandırılması üçün lazım olan addımlar üzərində çox diqqətlə işləyirik”, – deyə Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin bəyanatından bir qədər əvvəl yayımlanan axşam video-müraciətində bildirib.

Ukrayna Prezident Administrasiyası yenilənmiş və təkmilləşdirilmiş çərçivəvi “sülh sənədi”nin hazırlandığını təsdiqləyib və işin yaxın günlərdə Avropa tərəfdaşları ilə təmaslar vasitəsilə davam etdiriləcəyini qeyd edib.

Ağ Ev ayrıca bəyan edib ki, planın yeni versiyası Kiyev üçün gücləndirilmiş təhlükəsizlik zəmanətlərini ehtiva edir. 

ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib ki, NATO-nun rolu da daxil olmaqla bir sıra məsələlər hələ işlənməlidir, lakin komandası həll olunmamış problemlərin dairəsini daraldıb. "Reuters"-in məlumatına görə, Rubio Trampın müəyyən etdiyi tarix — 27 noyabra qədər razılaşmanın əldə ediləcəyinə ümid etdiyini, lakin prosesin uzana biləcəyini istisna etmədiyini bildirib.

"Reuters"in mənbələri xəbər verir ki, Zelenski bu həftə ABŞ-a gələ bilər. Tramp ilə görüşdə sülh planının ən vacib elementlərinin, o cümlədən ərazi məsələsinin müzakirə olunacağı gözlənilir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri