Zelenski Cenevrə danışıqları haqda danışıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Hesab edirəm ki, İsveçrədə üçtərəfli görüş keçirməyimiz yaxşı oldu. Biz Yaxın Şərqdən və digər ölkələrdən olan tərəfdaşlarımıza hörmət edir və onları yüksək qiymətləndiririk. Amma mənim fikrimcə, əgər müharibə Avropada gedirsə, o zaman görüş üçün yer də Avropada tapılmalıdır.
APA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrə danışıqları haqda özünün “Telegram” kanalında yerləşdirdiyi postda yazıb.
Danışıqların hərbi qrup və siyasi qrup üzrə aparıldığını qeyd edən Zelenski hərbi istiqamətdə siyasi istiqamətə nisbətən daha çox irəlilədiklərini bildirib.
“Çünki üçtərəfli formatda hərbçilər atəşkəs elan olunacağı təqdirdə onun monitorinq missiyasının necə hazırlanacağını müzakirə ediblər. Siyasi istiqamət bu imkanları açdıqdan sonra bu mexanizm işə düşməlidir. Onlar detalları, texniki məqamları və hər iki tərəfin imkanlarını müzakirə ediblər. İlk növbədə isə amerikalıların rolunu, çünki monitorinqdə aparıcı rol onlara məxsus olacaq”, - o qeyd edib.
Avropalıların rolunun böyük əhəmiyyət daşıdığını vurğulayan Ukrayna lideri ABŞ-ın bu prosesdə olmasnın vacib olduğunu qeyib:
“Lakin mən dəfələrlə vurğulayıram ki, mənim fikrimcə, bizə eyni zamanda Avropa nümayəndələri də lazımdır”.
Prezident hərbi istiqamətdə tərəflərin atəşkəsdən dərhal sonra monitorinqin necə həyata keçiriləcəyini əhatə edən bütün detallarla birlikdə sənəd layihəsinə daha da yaxınlaşdığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Fevral 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















