Zelenski amerikalı senatorun istefa verməklə bağlı “məsləhətinə” tutarlı cavab verdi...
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Prezident Vladimir Zelenski hesab edir ki, başqa ölkələrin rəsmiləri Ukraynaya seçkilərin nə vaxt keçiriləcəyi və prezidenti dəyişdirməsi barədə göstəriş verə bilməz.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, jurnalistlərlə söhbət zamanı Zelenskiyə sual verilib: “ABŞ senatoru Lindsi Qrem Ukrayna prezidenti postunu tərk etməyi düşünməli olduğunuzu söylədi. Bu haqda nə deyə bilərsiz?”.
"Bu ona bənzəyir ki, başqa ölkələrin vətəndaşları ukraynalılara desinlər ki, onların prezidenti necə olmalıdır. Xüsusilə də bu insanlar rəsmi vəzifələr tuturlarsa", - deyə Zelenski cavab verib.
"Mən ona Ukrayna vətəndaşlığını verə bilərəm. O, ölkəmizin vətəndaşı olar və onun səsi çəki yığanda mən bir Ukrayna vətəndaşı kimi onu kimin prezident olması nöqteyi-nəzərindən eşidərəm”.", - prezident belə deyib.
O xatırladıb ki, Ukraynanın NATO-ya daxil olması müqabilində tutduğu vəzifədən getməyə hazırdır. "Belə çıxır ki, mənimlə danışıqlar aparmalısan. Amma mən dedim ki, mən prezidentlikdən getməyimi NATO ilə dəyişirəm. Əgər NATO varsa və müharibə bitibsə, deməli, mən öz missiyamı yerinə yetirmişəm", - dövlət başçısı bildirib.
Xatırladılır ki, senator Lindsi Qrem Ukraynanı Zelenski yox, “başqası” idarə etməli olduğu tezisini yayır.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Mart 2025 06:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















