Zelenski amerikalı nazirə kəskin cavab verdi: Barmağınızı döyəcləməyin
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hurriyyet.az "Strana.ua" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ müdafiə naziri Skott Bessentə kəskin tənqidi cavab verib. Zelenski bəyan edib: "Barmağını müqaviləyə döyəcləyib, dərhal imzalamaq lazım olduğunu demək... Bunun qarşılığında ona yalnız bunu deyə bilərdim: "Barmağınızı döyəcləməyi saxlayın və gəlin konkret danışaq".
Zelenski Amerikadan bərabər tərəflər kimi ünsiyyətdə olmağı tələb etdiyini, "Ukraynanın üçüncü növ ölkə olmadığını" dediyini və Bessenin yəqin ki, fərqli dialoq gözlədiyini söyləyib.
Bessent amerikalı jurnalist Taker Karlsona müsahibəsində Zelenskinin minerallarla bağlı sazişi imzalamağı hələ Münhen konfransında vəd elədiyini, "lakin vədini pozub, əvəzində sənədi imzalamaq üçün Ağ Evdə qəbul edilməsi üçün Amerikaya yalvardığını" bəyan edib. Nazir müqavilənin bağlanmayacağı təqdirdə, Vaşinqtonun Kiyevə yardım məsələsini təftiş edəcəyinə işarə vurub.
Zelenski də öz növbəsində Amerikanı sazişin şərtlərini dəyişməkdə ittiham edib. Həmçinin, Vaşinqtonun indiyə qədər göndərdiyi yardımı borc kimi tanımaqdan imtina edib.
Hürr Tərcüman
Baxış sayı:100
Bu xəbər 10 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















