Icma.az
close
up
RU
Zelenski: Azərbaycana çox minnətdarıq!

Zelenski: Azərbaycana çox minnətdarıq!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır. Prezident İlham Əliyevin 24 Avqust - Ukraynanın Müstəqillik günü münasibəti ilə bu ölkənin dövlət başçısı Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda bildirdiyi kimi, hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.

Öz növbəsində Volodimir Zelenski “X” hesabında etdiyi paylaşımda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini və Ukraynaya, ukraynalılara göstərdiyi hörməti yüksək qiymətləndirdiyini vurğulayıb. “Hörmətli cənab Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dost Azərbaycanın göstərdiyi humanitar və digər yardımlara görə biz çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Ukrayna lideri paylaşımında qeyd edib.

Müharibə fəsadları yaşayan iki dost ölkə

Azərbaycan və Ukrayna həm də oxşar taleləri bölüşən dost ölkələrdirlər. Hər iki ölkə təxminən yetmiş il ərzində eyni ittifaq dövlətinin tərkibində olub və ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliklərini bəyan ediblər.

Hazırda Ukrayna qonşu Rusiya ilə müharibə vəziyyətindədir. 2022-ci ilin fevralında başlayan müharibənin hələlik sonu görünmür. Bu amansız müharibədə Ukrayna böyük itkilərə məruz qalmaqdadır. Ölkənin suveren ərazilərinin təxminən 20 faizi Rusiyanın nəzarətinə keçib. Döyüşlər başlayandan bəri milyonlarla ukraynalı ev-eşiklərini tərk edərək xarici ölkələrdə özlərinə sığınacaq tapıblar. Avropa İttifaqı (Aİ) dövlətlərinin yardımlarına baxmayaraq, Ukrayna ordusu hələlik əks-hücum əməliyyatlarında böyük uğurlar qazana bilmir. Ölkənin ayrı-ayrı şəhərləri, o cümlədən də paytaxt Kiyev uzaq mənzilli silahlardan gecə-gündüz aramsız atəşə tutulur, evlər, mülki infrastruktur dağılır, insanlar həyatlarını itirirlər. 

Azərbaycan və Ukrayna o mənada oxşar taleli ölkələrdirlər ki, müharibənin ağrı-acısı xalqımıza da yaxşı bəllidir. Respublikamız üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qaldı. Ərazilərimizin 20 faizi işğal altına düşmüşdü, bir milyondan çox  soydaşımız ən zəruri əşyalarını belə götürmək imkanından məhrum edilərək doğma yurd yerlərindən qovulmuşdu. Bu insanlar uşaqları ilə birlikdə çadırlarda, vaqonlarda, uyğunlaşdırılmış binalarda yaşamaq məcburiyyətində qaldılar. Yalnız 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək işğal faktına son qoydu. Artıq qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə qayıdışı başlayıb.

Bəs Ukrayna nə etməlidir ki, işğala son qoysun? Burada nəzərlər qalib Azərbaycana yönəlir. Azərbaycan otuz ildən sonra özünün ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə necə nail oldu? Yeri gəlmişkən, bir qədər bundan əvvəl  Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordon Azərbaycan Prezidentinə bu xüsusda sual ünvanladı. “Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”, - deyə jurnalist soruşub.

Dövlətimizin başçısı isə Qordonun sualına belə cavab verib: “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”.

Həqiqətən də, Azərbaycanın nümunəsi, keçdiyi yol unikaldır. Azərbaycanın nümunəsinin məğzi ondan ibarətdir ki, dövlətimiz, xalqımız işğal faktı ilə heç vaxt barışmadı. Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması məsələsi ölkə gündəminin mərkəzində saxlanıldı. Xalq və dövlət bu ümummilli məsələdə sıx birləşdi və biz qalib gəldik.

Dost ölkəyə göndərilən humanitar yardımlar

Zamanında müharibənin ağır fəsadlarını öz üzərində yaşamış Azərbaycan dost Ukraynanı bu çətin günlərdə tək buraxmır. İndiyədək respublikamızdan Ukraynaya bir neçə dəfə humanitar yardım göndərilib.  11 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev “Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında” növbəti Sərəncam imzalayıb.  Həmin Sərəncama uyğun olaraq Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2,0 (iki) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb. Bu sənəd əsasında Azərbaycan  tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş yükün növbəti hissəsi avqustun 15-də  Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.

Həmçinin Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu tərəfindən ukraynalı uşaqların bir qismi respublikamıza gətirilərək onlara müvəqqəti də olsa qayğı, nəvaziş göstərilib. Cari ilin avqustunda Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunublar.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see233

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see229

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see226

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see226

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see225

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see223

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see212

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see201

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see201

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see198

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see195

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see190

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see185

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see182

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see179

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see177

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see176

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see170

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see170

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri