Azərbaycana minnətdarıq Kallas
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Avropa İttifaqı (Aİ) qurum vətəndaşlarının İsrail və İran arasında münaqişənin eskalasiya zonasından çıxarılmasına kömək etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun Haaqa sammiti çərçivəsində azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bölgədə vəziyyət gərginləşəndən bəri Azərbaycanın xarici işlər naziri ilə əlaqə saxlayıram. Mən də diplomatlarımızın və vətəndaşlarımızın Azərbaycan üzərindən təxliyəsinə görə ona təşəkkür etdim", - Kallas söyləyib.
O, həmçinin azərbaycanlı həmkarı ilə İrandakı müharibənin Azərbaycan üçün mümkün nəticələrini müzakirə etdiyini qeyd edib.
"Mən başqa şeylərlə yanaşı, İrandan Azərbaycan istiqamətində gələn miqrasiya axınını nəzərdə tuturam", - Avropa diplomatiyasının rəhbəri qeyd edib.
Baxış sayı:108
Bu xəbər 24 İyun 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















