Icma.az
close
up
RU
Zelenski Bayramovu qəbul etdi, İrəvanda etiraz başladı “Rusiya cavab versin”

Zelenski Bayramovu qəbul etdi, İrəvanda etiraz başladı “Rusiya cavab versin”

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü Ermənistanda Rusiyaya qarşı yeni narazılığa səbəb olub.

Musavat.com xəbər verir ki, Ermənistan Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov görüşə münasibət bildirərək Moskvanı Bakı və İrəvana münasibətdə ikili standart tətbiq etməkdə ittiham edib.

“Görək, Rusiya rəsmilərindən heç olmasa biri Zelenski ilə Bayramovun isti görüşünə reaksiya verəcəkmi, yoxsa azərbaycanlıları tənqid etmək tabudur?” – Şarmazanov yazıb.

O xatırladıb ki, Azərbaycan və Rusiya 2022-ci ilin fevralında, Rusiya-Ukrayna müharibəsinin başlamasından bir neçə gün əvvəl Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar.

Şarmazanovun sözlərinə görə, ötən illər ərzində Azərbaycan Ukraynaya açıq siyasi və digər dəstək göstərib. O, Zelenskinin görüş zamanı göstərilən yardıma görə Azərbaycana təşəkkür etməsini də xüsusi vurğulayıb.

Erməni siyasətçi daha sonra Moskvaya sual ünvanlayıb:

“Görək, Azərbaycan səfiri etiraz notasının təqdim edilməsi üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaqmı, yoxsa azərbaycanlılara Zelenski ilə isti münasibətlər saxlamağa icazə verilir?”

Şarmazanov bildirib ki, Ermənistan rəhbərliyinin erməni-rus müttəfiqliyinə qarşı yönəlmiş hesablanmamış və zərərli addımlarını əvvəllər də tənqid edib və tənqid etməkdə davam edir. Bununla yanaşı, onun iddiasına görə, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərdə Ermənistandan “min dəfə daha pis” davranır və Kiyevlə əlaqələrini nümayişkaranə şəkildə yaxşılaşdırır.

“Rəsmi İrəvan belə addımlar atsaydı, rəsmi Moskva ən azı bunu sərt şəkildə tənqid edərdi. İndi rəsmi Bakının Rusiyaya qarşı addımları ilə bağlı Moskvadan sərt tənqid gözləyək, yoxsa burada hələ də qədim yunan qaydası işləyir: ‘Yupiterə icazə verilən, öküzə icazə verilmir’?” – deyə Şarmazanov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Avqust 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri