Zelenski Bayramovu qəbul etdi − Azərbaycana təşəkkür etdi
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna başçısı teleqram kanalında məlumat yayıb.
Bildirilib ki , onlar müdafiə və iqtisadi əməkdaşlığı müzakirə ediblər:
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın işğalı başlayandan bəri Ukraynaya ilk dəfədir səfər edir. O, səfərinə İrpendən başlayıb və Azərbaycanın yardım göstərdiyi məktəb, xəstəxana, reabilitasiya mərkəzində olub. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə buraya gəlməyə və bizi dəstəkləməyə imkan tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyə görə təşəkkür edirəm”.
Zelenski qeyd edib ki, görüş zamanı o, Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Moskvanın taxıl dəhlizlərini bloklaması barədə Bayramovu məlumatlandırıb.
Tərəflər yüksəksəviyyəli diplomatik təmasları, müdafiə əməkdaşlığını, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahəsində iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə ediblər:
“Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdaram”.
Bu mövzuda digər xəbərlər:Zelenski Ceyhun Bayramovu qəbul edib
06 Avqust 2026 20:37
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
07 İyul 2026 17:53
Ərdoğan Bayramovu qəbul etdi
29 Yanvar 2025 16:42
Zelenski Bayramovu qəbul etdi, İrəvanda etiraz başladı “Rusiya cavab versin”
10 Avqust 2026 14:48
Volodimir Zelenski Azərbaycana təşəkkür etdi FOTO
24 Avqust 2025 19:53
Baxış sayı:110
Bu xəbər 06 Avqust 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















