Zelenski dəstək üçün FİFA ya təşəkkür etdi FOTO
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna rəhbəri Volodimir Zelenski FİFA prezidenti Canni İnfantino və futbol əfsanəsi Andrey Şevçenko ilə danışıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Prezident öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, idman daim dünyada cəmiyyətlərə və dövlətlərə böyük təsir göstərib. O, FİFA-nın Ulkayanaya “güclü” dəstəyindən bəhs edib və ədalətli dünya, dayanıqlı sülh istiqamətində qurumun daim haqq səsini ucaltdığını bildirib.
V.Zelenski yazıb: “Biz sülh və atəşkəsin tez bir zamanda bərqərar olması, müharibənin layiqli və ədalətli şəkildə bitməsi uğrunda birlikdə çalışmalıyıq. Diplomatiya vacib məsələdir. Moskva müharibənin sonlandırmaq üçün ciddi addım atmalıdır, onları imitasiya etməməlidir”.
Sonda Ukrayna Prezidenti yazıb: “Xalqımızı, ukraynalı idmançıları, uşaqları dəstəklədiyiniz üçün sizə təşəkkür edirik. Biz sizə arxalana bilərik”.



