FIFA AFFA ya təşəkkür etdi
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Beynəlxalq futbol qurumu FIFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 22–30 oktyabr 2026-cı il tarixlərində ölkəmizdə keçirilmiş FIFA U-15 Dünya Çempionatı və Festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
QOL.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.
FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın AFFA-nın baş katibi Cahangir Fərəcullayevə ünvanladığı rəsmi məktubda FIFA U-15 Dünya Çempionatı və Festivalında hakimliyin yüksək standartlara uyğun təşkil edilməsi və oyunların peşəkar səviyyədə idarə olunması yüksək qiymətləndirilib.
“Belə mühüm tədbirin uğurla həyata keçirilməsi yalnız peşəkar hazırlıq, yüksək təşkilatçılıq bacarığı və fədakar komanda işi sayəsində mümkün olmuşdur. Bu baxımdan, AFFA-nın Hakimlər Komitəsi və Hakimlər Departamentinin göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirik”, – deyə məktubda bildirilib.
Məktubda Pyerluici Kollina hakimliyin təşkili və oyunların idarə olunmasında iştirak edən bütün AFFA əməkdaşlarına, xüsusilə də azərbaycanlı futbol hakimlərinə FIFA U-15 Dünya Çempionatı və Festivalının uğurla keçirilməsinə verdikləri əvəzsiz töhfəyə görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycanda keçirilmiş FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunlarında ümumilikdə 86 hakim iştirak edib. Onlardan 80-i azərbaycanlı, 3-ü Gürcüstandan, 3-ü isə Türkiyədən dəvət olunmuş hakimlər olub.
Baxış sayı:82
Bu xəbər 04 Noyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















