Icma.az
close
up
RU
Zelenski Donbası güzəştə getsə, ABŞ nin Rusiya qarşısındakı nüfuzu zəifləyəcək

Zelenski Donbası güzəştə getsə, ABŞ nin Rusiya qarşısındakı nüfuzu zəifləyəcək

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentdi Donald Trampla görüşmək üçün ABŞ-yə uçub.

O, bu gün Rusiya ilə hərbi münaqişənin həllinin mümkün variantlarını müzakirə etmək üçün Avropa liderləri ilə birlikdə Trampla görüşəcək.

Eyni zamanda, ümumi görüşdən öncə Trampın Zelenski ilə təkbətək görüşü planlaşdırılır.

Bəs, bugünkü görüş Ukrayna üçün nə vəd edir? Rusiya Ukraynaya ərazi məsələsində güzəştə gedəcəkmi? O cümlədən Tramp bu məsələnin həlli üçün hansı təkliflər verəcək?

Onu da əlavə edək ki, Zelenskinin son ABŞ səfəri uğurlu olmamışdı. Belə ki, danışıqlar erkən yekunlaşmış və Zelenski ABŞ-ni tərk etmişdi.

AZXEBER.COM-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə sözügedən görüşün əhəmiyyətindən danışıb:

"Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ, Avropa və Ukrayna liderləri arasında görüş baş tutacaq. Görüşdə vacib məsələlərdən biri iki ölkə arasındakı torpaq mübadiləsi, xüsusilə Donbasın sülh müqaviləsi ilə Rusiyaya verilməsi nəzərdə tutulur. Burada atəşkəsin elan ediləcəyinə inanmıram. Düşünmürəm ki, Zelenski və Avropa liderləri də sülh müqaviləsinə görə ərazi məsələsində güzəştə getsinlər".

Siyasi ekspert əlavə edib ki, Zelenski ərazi məsələsini güzəştə getsə belə, Avropa liderləri buna imkan verməyəcək:

"Əgər Zelenski bu təklifi təsdiqləsə, ABŞ-nin Ukraynaya müəyyən hərbi yardımları dayana bilər, amma Avropa dövlətləri buna imkan verməyəcək. Çünki Ukraynanın ərazilərini Rusiyaya verməsi, eyni zamanda ABŞ-nin Rusiyaya qarşısında nüfuzunun zəifləməsi deməkdir. Göründüyü kimi, görüşlərdə Krım böhranı müzakirə edilmir. Hesab edirəm ki, danışıqlar baş tutmayacaq və Avropa liderləri düşünürlər ki, Tramp bu mövqeyindən geri çəkilsin".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri