Zelenski “Drujba”dan danışdı “Ay yarım ərzində...”
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya neftini Mərkəzi Avropaya daşıyan “Drujba” boru kəmərinin cənub qolundakı təmir işlərinin gedişatı ilə bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə ünvanladığı məktubda kəmərin bərpa müddətini açıqlayıb:
“Yeni hücumlar olmayacağı təqdirdə, nasos stansiyası ay yarım (45 gün) ərzində tam bərpa olunacaq”.
Xatırladaq ki, “Drujba” ilə Macarıstan və Slovakiyaya neft nəqli yanvarın 27-də Rusiyanın Ukraynanın qərbindəki (Brodi yaxınlığında) infrastruktura endirdiyi zərbələrdən sonra dayanıb. Sözügedən hadisə Kiyevlə Budapeşt arasında gərginliyi artırıb. Macarıstan tərəfi Ukraynanı qəsdən gecikmədə ittiham edərək Aİ-nin Ukraynaya yardım paketlərinə və Rusiyaya qarşı yeni sanksiyalara veto qoyub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 17 Mart 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















