Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski “Drujba” neft kəməri vasitəsilə neft nəqlinin bərpasına bir ay yarım vaxt çəkəcəyini bildirib.
“Evropeyskaya Pravda” xəbər verir ki, bu barədə Ukrayna lideri Avropa İttifaqının (Aİ) rəhbərliyinə bu gün ünvanladığı məktubunda bildirib.
Məktubda Zelenski bildirib ki, “Drujba” kəmərinin infrastrukturuna dəyən ziyan kifayət qədər ciddi olub və Brod stansiyasının tam dayandırılması neft kəmərində kifayət qədər təzyiqin təmin edilməsinə və təhlükəsiz tranzitin həyata keçirilməsinə imkan vermir.
Prezident vurğulayıb ki, Ukraynanın “Drujba” vasitəsilə neft tranzitini qəsdən bloklaması iddiaları əsassızdır.
Qeyd edək ki, Aİ Ukraynaya “Drujba” neft kəmərini işə salmaq üçün texniki dəstək və maliyyə yardımı təklif edib və Ukrayna tərəfi təklifi qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 Mart 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















