Zelenski ərazi güzəştinə hazırdır? Putinlə danışaraq…
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri ilə birbaşa şəxsi görüş olmadan əsas ərazi məsələlərinin razılaşdırılması mümkün deyil. Onun sözlərinə görə, yalnız bu halda müharibə bitə bilər.
Liderlərin görüşü nəticəsində münaqişənin bitməsi nə qədər realdır?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Zelenskinin vurğuladığı məqam əslində müharibənin siyasi həqiqətini açıq göstərir:
“Ərazi kimi fundamental məsələlər texniki nümayəndə heyətləri ilə deyil, yalnız yekun siyasi iradə daşıyan liderlərin iştirakı ilə həll olunur. Bu baxımdan Vladimir Putinin masaya oturması danışıqların formal mərhələdən real mərhələyə keçməsi anlamına gələ bilər. Lakin bu, avtomatik olaraq müharibənin bitəcəyi demək deyil. Çünki tərəflər təkcə torpaq xəritəsini deyil, təhlükəsizlik arxitekturasını, gələcək zəmanət mexanizmlərini və müharibədən sonrakı güc balansını müzakirə etməli olacaqlar”.
Politoloqun sözlərinə görə, Putinin birbaşa iştirakı yalnız o halda nəticə verə bilər ki, danışıqlar simvolik yox, məcburedici beynəlxalq çərçivə ilə müşayiət olunsun:
“Burada ABŞ və onun müttəfiqlərinin mövqeyi həlledici rol oynayır. Əgər Moskva real güzəştlərin qarşılığında strateji qazanc görməzsə, liderlər səviyyəsində görüş sadəcə vaxt udmaq vasitəsinə çevrilə bilər. Yəni Rusiya liderinin iştirakı müharibəni bitirə biləcək şərtdir, amma yetərli şərt deyil. Nəticə danışıqlar masasındakı iradədən çox, masadan kənardakı təzyiq və balans mexanizmlərindən asılı olacaq”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 02 Fevral 2026 07:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















