Zelenski “ərazi mübadiləsi”nə razılıq verib? ABŞ nəşri iddia edir
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı ərazi mübadiləsinin mümkünlüyünü bildirib.
“AzPolitika” xəbər verir ki, bunu “The Wall Street Journal” öz mənbələrinə istinadla yazıb.
Nəşrin qeyd etdiyi kimi, Tramp və Zelenskinin nəzərdən keçirdiyi və ABŞ-nin hazırladığı Şərqi Ukrayna xəritəsi Rusiyanın əldə etmək istədiyi və Ukraynanın ən güclü müdafiə strukturlarının yer aldığı Donetsk bölgəsinin 76%-nin Moskvanın nəzarətində olduğunu göstərib.
Eyni zamanda, Avropa liderləri Ukraynanın ərazi itkilərinin əhəmiyyətini Trampın anlayacağı şəkildə təsvir etməyə çalışıblar. Belə ki, Almaniya kansleri Fridrix Merts Rusiyanın bütün Donbasın təhvil verilməsi tələbini ABŞ-nin Trampın vətəni olan Florida ştatını təslim etməsi tələbi ilə müqayisə edib.
Öz növbəsində Finlandiya Prezidenti Aleksander Stubb Ukraynanın şərqindəki Kramatorsk və Slavyansk şəhərlərini “hunlara qarşı qala” adlandırıb və rəsmilərin fikrincə, bu təsvir, görünür, Trampı heyran edib.
Eyni zamanda, nəşr qeyd edir ki, Zelenski danışıqlar zamanı ərazilərin mübadiləsini rədd etməyib, lakin bu məsələdə çətinlikləri qeyd edib. Belə ki, Zelenski əhalinin köçürülməsinin çətin olacağını və bunun üçün Ukraynanın ərazilərin təhvil verilməsinə dair konstitusiya qadağasını aradan qaldırılmalı olacağını bildirib. Bununla belə, nəşrin yazdığına görə, Zelenski "proporsional mübadilə"ni nəzərdən keçirə biləcəyini söyləyib.
C.Məmmədli
“AzPolitika.info”


