Icma.az
close
up
RU
Zelenski Rusiya ilə “ərazi mübadiləsi” təklifinə cavab verib

Zelenski Rusiya ilə “ərazi mübadiləsi” təklifinə cavab verib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Ərazi məsələsinin cavabı Konstitusiyadadır”.

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Trampın sülh sazişi çərçivəsində “hər iki tərəfin maraqlarına uyğun olaraq ərazilərin mübadiləsi aparılmalı” bəyanatına cavab olaraq deyib.

"Heç kim bundan geri çəkilməyəcək və geri çəkilə bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcəklər", - deyə Ukrayna lideri "Telegram"da vurğulayıb.

O, həmçinin əlavə edib ki, Ukrayna davam edən genişmiqyaslı müharibəyə görə Rusiyaya mükafat verməyəcək. Həmçinin Zelenski qeyd dib ki, Ukrayna sülh gətirə biləcək “real həll yollarına” hazırdır.

Bununla belə, Ukrayna prezidenti hesab edir ki, “Ukrayna əleyhinə və Ukraynasız” qərarlar “sülh əleyhinə” qərarlardır.

“Heç nə verməyəcəklər, bunlar ölü həllərdir, heç vaxt işləməyəcəklər. Və hamımıza insanların hörmət edəcəyi həqiqi, canlı sülh lazımdır. Biz Trampla, bütün tərəfdaşlarımızla birlikdə real, ən əsası, uzunmüddətli sülh üçün - Moskvanın istəkləri üzündən dağılmayacaq sülh üçün işləməyə hazırıq”, - deyə dövlət başçısı qeyd edib.

Ukrayna mətbuatı məlumat verib ki, Trampın bəyanatlarına görə, Ukrayna üzrə sülh sazişində ərazilərin mübadiləsi gözləniləndir. “Əslində biz bəzi əraziləri qaytarmaq və dəyişdirmək istəyirik. Bu, mürəkkəbdir. Əslində hər şey o qədər də sadə deyil. Amma biz dəyişikliyə gedirik, bəzi dəyişikliklərə nail oluruq”, - deyə o bildirib.

“The Wall Street Journal” yazır ki, Putinin Trampa təklifi Ukraynadan “əhəmiyyətli ərazi güzəştlərini” nəzərdə tutur. Xüsusilə, Rusiya Donetsk və Luqansk vilayətlərinin bütün ərazisinin ona verilməsini tələb edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri