Zelenski etiraf etdi: İtirilmiş ərazilərin qaytarılması artıq mümkün deyil
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətinə keçmiş ərazilərin Ukraynaya qaytarılmasının mümkünsüz olduğunu etiraf edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Telegraph" qəzeti xəbər verib.
Bildirilir ki, Ukrayna Rusiyanın nəzarətinə keçmiş ərazilərin beynəlxalq tanınmaması şərti ilə atəşkəsin dayandırılmasını müsbət qarşılayardı.
Bununla belə, Zelenski artıq Silahlı Qüvvələrin köməyi ilə ərazilərin azad edilməsinin mümkün olmadığını və razılaşmaya nail olmaq üçün diplomatik yolların axtarılmasının zəruriliyini etiraf edib.
ABŞ-nin "Gallup" sosioloji xidməti tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə görə, sülh danışıqları yolu ilə münaqişənin tez bir zamanda başa çatmasını istəyən ukraynalıların payı 69%-ə çatıb ki, bu da 2022-ci ilin göstəricisindən üç dəfədən çox yüksəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 08 Avqust 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















