“Zelenski hərbi yolla ərazilərin azad edilməsinin artıq mümkün olmadığını etiraf edib The Telegraph”
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda işğal altında olan ərazilərin silahlı yolla azad edilməsinin mümkün olmadığını etiraf edib.
Bu barədə "The Telegraph" nəşri yazır.
Nəşrin məlumatına görə, Kiyev mövcud cəbhə xətti üzrə atəşkəsin nəzərdən keçirilə biləcəyini, bunun isə yalnız müharibənin bitməsinə gətirib çıxaracağı halda mümkün olacağını bildirir. Lakin şərt olaraq Rusiyanın işğal etdiyi ərazilərə beynəlxalq səviyyədə nəzarətinin tanınmaması irəli sürülür.
"The Telegraph" qeyd edir ki, Ukrayna Konstitusiyası prezidentə və ya parlamentə ölkənin ərazi bütövlüyünü birtərəfli qaydada dəyişmək və ya pozulması ilə barışmaq səlahiyyəti vermir.
Zelenski hesab edir ki, indiki şəraitdə münaqişənin həlli üçün diplomatik yollar axtarılmalıdır. Nəşr əlavə edir ki, "Gallup" sorğusuna əsasən, ukraynalıların cəmi dörddə biri Rusiyaya qarşı sona qədər mübarizə aparmaq istədiyini bildirib ki, bu da qələbəyə olan ictimai inamın kəskin şəkildə azaldığını göstərir.
"AzPolitika.info"


