Icma.az
close
up
RU
Zelenski ilə bağlı inanılmaz iddia Xalq buna görə ayağa qalxdı, rəqibi hərəkətə keçdi

Zelenski ilə bağlı inanılmaz iddia Xalq buna görə ayağa qalxdı, rəqibi hərəkətə keçdi

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İyulun 22-də Ukrayna Ali Radasının qəbul etdiyi və Milli Antikorrupsiya Bürosu ilə İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun ciddi gərginliyə səbəb olub.

Qanunun qəbulundan dərhal sonra ictimai narazılıq artmağa başladı və ölkə daxilində etiraz aksiyaları geniş vüsət aldı. Məlum dəyişikliklərin korrupsiyaya qarşı mübarizəni zəiflədəcəyi və hakimiyyətin nəzarətsiz fəaliyyətinə zəmin yaradacağı ilə bağlı ciddi narahatlıqlar var.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, yeni qanunun korrupsiyaya qarşı effektiv mübarizəni zəiflədə biləcəyi ehtimal olunur:

“Bu səbəbdən etirazlar getdikcə artır. Qanuna dəstək verənlər arasında Prezident Volodimir Zelenski də var. Maraqlıdır ki, Zelenskinin əsas rəqiblərindən biri – sabiq baş nazir Yuliya Timoşenko da bu dəyişiklikləri dəstəkləyib. Xatırladaq ki, vaxtilə Rusiya ilə Ukrayna arasında imzalanan qaz müqaviləsinə görə Timoşenko korrupsiya ittihamları ilə üzləşmişdi. Məhz bu fonda hazırkı qanun dəyişikliklərinin də korrupsiyaya qarşı mübarizənin effektivliyini azaltmaq məqsədi daşıdığı iddia olunur”.


Zeynal Əmrəliyev

Həmçinin oxuyun:

Zelenskinin qərarı Ukraynanı silkələdi: İkinci cəbhə açıldı – Sui-qəsd iddiası

Politoloqun sözlərinə görə, xalqın narazılığı da Zelenski hökumətinin həmin qanun vasitəsilə korrupsiyadan yayınmağa çalışdığı düşüncəsindən qaynaqlanır:

Ukrayna müxalifəti iddia edir ki, Zelenskinin komandası müharibə şəraitindən istifadə edərək kütləvi korrupsiya ilə məşğuldur. Bu hallar üçün siyasi örtük yaratmaq məqsədilə belə qanunlar qəbul edirlər.

Hazırkı proses təkcə daxili məsələ deyil, burada xarici qüvvələrin də rolu böyükdür. Qərb mediası uzun müddətdir Ukrayna prezidenti postunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir. Hazırda onun yerinə əsas namizədlərdən biri kimi keçmiş baş qərargah rəisi Valeriy Zalujnının aktivləşdiyini görürük. Qərb bu cür hadisələrdən istifadə edərək Ukraynadakı maraqlarını həyata keçirməyə çalışır.

Xalqın ayaqlanması və geniş etirazların başlaması müəyyən mənada xaricdən verilən təlimatlara da əsaslana bilər. Hər halda, sözügedən qanun Zelenski hökumətinin imicinə ciddi zərbə vurub. Məlumata görə, hökumət artıq bu məsələdən geri çəkilmək niyyətindədir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 İyul 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri