Xalq ayağa qalxdı, Tramp işarə verdi: Xameneinin Tehrandan inanılmaz qaçış PLANI
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İranda kütləvi etiraz aksiyaları davam edir. Etirazçılar müxtəlif şəhərlərdə meydanlara çıxaraq Ali Lider Ayətullah Əli Xameneinin foto və posterlərini yandırırlar. Bu ölkədə daxili sabitliyin sürətlə aşınması regionda təhlükəsizlik balansını yeni mərhələyə daşıyır.
İddialara görə, Tehran aksiyaların genişlənəcəyi və qüvvələrin vəziyyəti nəzarətdə saxlaya bilməyəcəyi təqdirdə mümkün təxliyə planı üzərində çalışılır. Paralel olaraq, ABŞ Prezidenti Donald Trampın İrana qarşı əlavə zərbələrin istisna edilmədiyini bəyan etməsi böhranın yalnız daxili siyasi çərçivədə qalmayacağını, regional və qlobal güc mərkəzlərini də birbaşa cəlb edə biləcək təhlükəli mərhələyə keçdiyini göstərir.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, son günlər İranın daxili siyasi vəziyyəti və regionda artan gərginlik fonunda yayılan məlumatlar ciddi narahatlıq doğurur:
“Ayətullah Əli Xameneinin etirazların nəzarətdən çıxacağı təqdirdə Tehrandan təxliyə planı hazırlaması ilə bağlı iddialar rəsmi şəkildə təsdiqlənməsə də, bu cür xəbərlərin gündəmə gəlməsi İran hakimiyyətinin daxili sabitliklə bağlı riskləri real şəkildə nəzərə aldığını göstərir. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın İrana qarşı əlavə zərbələri istisna etməməsi, regionda onsuz da kövrək olan təhlükəsizlik balansını daha da zəiflədən amildir.
Vüqar Zifəroğlu
Bu cür bəyanatlar İran daxilində sərt ritorikanın güclənməsinə, etirazların isə “xarici müdaxilə” arqumenti ilə daha aqressiv şəkildə yatırılmasına zəmin yarada bilər. Mövcud vəziyyət göstərir ki, İran bir tərəfdən daxili sosial-iqtisadi narazılıqlar, digər tərəfdən isə xarici təzyiqlər arasında sıxışmış durumdadır. Güc tətbiqi qısa müddətdə nəzarəti təmin etsə də, uzunmüddətli perspektivdə bu yanaşma problemləri daha da dərinləşdirə bilər. Hərbi təhdidlərin artması isə yalnız İran üçün deyil, bütövlükdə Yaxın Şərq üçün yeni eskalasiya riskləri yaradır”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 05 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















