Zelenski İlham Əliyevlə danışdı: Səfirliyin binasının vurulmasını pislədi
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.
Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
***
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə V.Zelenski özünün “X” səhifəsində bildirib.
Zelenski Əliyevin Ukrayna xalqımıza verdiyi dəstəyə və başsağlığına görə minnətdarlıq edib.
"Dünən gecə ruslar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, bir sıra obyetlərə, o cümlədən Azərbaycan səfirliyinə ziyan dəyib, dağıntılar var. Cənab Prezident bu hücumu pislədi və vurğuladı ki, ruslar səfirlik binasını və Azərbaycanla əlaqəli digər obyektləri ilk dəfə hədəf almırlar.
Biz həmçinin ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızın inkişafını müzakirə etdik. İkitərəfli əməkdaşlığımızın bütün sahələrində həqiqətən yaşıl işıq var. Güclü potensial var və biz bunu reallaşdıracağıq. Təşəkkür edirəm!", - V.Zelenski sosial şəbəkədə yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 14 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















