Icma.az
close
up
RU
Zelenski Azərbaycan barədə: İlham Əliyevlə danışdıq...

Zelenski Azərbaycan barədə: İlham Əliyevlə danışdıq...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Moldova Prezidenti Maya Sandu Ukraynada səfərdədir. 

Modern.az-ın məlumatına görə, o, Kiyevdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

Görüşdə regional vəziyyət və enerji problemlərini müzakirə olunub.

Birgə mətbuat konfransında Zelenski ortaq problemlərin həllində əməkdaşlığın vacibliyini vurğulayıb.

"Qonşularımız ciddi və qeyri-sabit vəziyyətlə üz-üzədir, biz bunu yalnız birgə səylərlə həll edə bilərik. Buraya enerji sektoru və qarşılıqlı düşmənimizin təkcə Moldovanın deyil, bütün regionumuzun maraqlarına qarşı istifadə etdiyi bir çox sosial məsələlər daxildir. Böhransız Moldova bizim təhlükəsizliyimizdir”, - o deyib.

Zelenski əməkdaşlığın zəruriliyini vurğulayıb: "Biz birlikdə işləməliyik, bir-birimizi dəstəkləməliyik və insanlara kömək edə biləcək birgə həllər tapmalıyıq".

Ukrayna lideri enerji məsələlərindən danışarkən Azərbaycandan söz açıb. O bildirib ki, Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir.

"Bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər. Bu yaxınlarda bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə də danışdıq. Ölkənin Ukrayna da daxil olmaqla, digər ölkələrə ixrac oluna biləcək böyük qaz həcmləri var. Tədarük marşrutları da mövcuddur. Siyasi iradə də var. Şərqi Avropa ölkələri buna hazırdır", - deyə Ukrayna Prezidenti vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri