Zelenski: Kiyev və Buxarest iki yeni elektrik ötürmə xətti inşa edəcək
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rumıniyalı həmkarı Nikuşor Danla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu, Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı hücumları fonunda qəza zamanı Ukraynaya xeyli həcmdə elektrik enerjisi ötürməyə imkan verəcək", - o qeyd edib.
Onun sözlərinə görə, Ukrayna və Rumıniya arasındakı ilk enerji interkonnektorunu ilin sonuna qədər başa çatdırılmağı planlaşdırılır. İkinci, daha böyük interkonnektora gəldikdə isə, tərəflər onun da tikinti müddətini maksimum dərəcədə qısaltmağa çalışırlar.
Xatırladaq ki, daha əvvəl Slovakiya Rusiya neftinin "Drujba" boru kəməri vasitəsilə ölkə ərazisindən tranzitinin dayandırılmasından sonra Ukraynaya qəza rejimində elektrik enerjisi tədarükündən imtina etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 12 Mart 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















