Icma.az
close
up
RU
Zəngəzur elektrik ötürmə xətti: Enerji üzərindən qurulan yeni geosiyasi arxitektura ŞƏRH

Zəngəzur elektrik ötürmə xətti: Enerji üzərindən qurulan yeni geosiyasi arxitektura ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 fevral, AZƏRTAC

"Zəngəzur" elektrik ötürmə xəttinin tikintisinə başlanılması Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi ən strateji infrastruktur layihələrindən biri kimi qiymətləndirilməlidir. Bu layihə regionda uzun illər formalaşmış siyasi, iqtisadi və geostrateji asılılıqları köklü şəkildə dəyişdirir. Əslində, söhbət təkcə elektrik xəttindən və enerji dəhlizindən deyil, enerji üzərindən qurulan yeni regional siyasi və enerji reallığından gedir.

Adıçəkilən layihənin texniki parametrləri onun strateji çəkisini aydın göstərir. Söhbət 330 kV gərginlikli, ikidövrəli və təxminən 1000 meqavat ötürmə gücünə malik yüksək gərginlikli xəttdən gedir. Cəbrayıl rayonundan Ağbənd istiqamətində 74 kilometr, paralel olaraq Naxçıvan Muxtar Respublikasından Ordubad sərhədinədək 105 kilometr məsafəni əhatə edən bu xətt, sonrakı mərhələdə Zəngəzur dəhlizi boyunca əlavə 44 kilometrlik bağlantı ilə vahid sistemə inteqrasiya olunacaq. Bu göstəricilər layihənin yalnız lokal deyil, regional miqyasda planlaşdırıldığını açıq şəkildə ortaya qoyur. İnfrastrukturun Azərbaycana verdiyi ilk və ən mühüm dividend enerji təhlükəsizliyidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, bu həm də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən aktiv şəkildə təşviq edilən enerji diplomatiyasının ana xəttini təşkil edir. Yeni xəttin istismara verilməsi ilə Naxçıvan Azərbaycanın əsas enerji sisteminə birbaşa bağlanır və bu, ölkənin enerji suverenliyini gücləndirən fundamental addımdır.

"Qeyd etmək lazımdır ki, müasir beynəlxalq münasibətlər sistemində enerji asılılığı siyasi təzyiq alətinə çevrilə bildiyi üçün, bu asılılığın aradan qaldırılması Azərbaycanın strateji manevr imkanlarını xeyli artırır.

Digər mühüm məqam isə Zəngəzur elektrik xəttinin, eyni zamanda, Zəngəzur dəhlizi anlayışına yeni məzmun qazandırmasıdır. İndiyədək bu dəhliz əsasən nəqliyyat və logistika kontekstində müzakirə olunurdusa, enerji infrastrukturu onun funksional dərinliyini artırır. Beləliklə, Zəngəzur təkcə yük və sərnişin daşımalarının deyil, həmçinin elektrik enerjisi axınlarının da keçdiyi çoxşaxəli strateji məkana çevrilir",- deyə A. Əliyev vurğulayıb.

Politoloq əlavə edib ki ki, regional kontekstdə də layihənin təsiri daha genişdir. Azərbaycan artıq yalnız enerji istehsalçısı və ixracatçısı deyil, eyni zamanda, enerji ötürücü və paylayıcı mərkəz kimi “enerji hub”ı rolunu gücləndirir. Hazırda Azərbaycanın elektrik istehsalı gücü 8 min meqavata yaxınlaşır, bərpaolunan enerji layihələri ilə bu rəqəmin orta müddətdə 10 min meqavatı aşması planlaşdırılır. Zəngəzur xətti bu artan potensialın regiona və daha geniş bazarlara ötürülməsi üçün yeni imkanlar yaradır. Bununla yanaşı, Azərbaycan yaşıl enerjinin istehsal olunması və Avropaya ötürülməsi layihəsini icra etməklə regionda həm ənənəvi, həm də alternativ enerji təhcizatçısı kimi yeni siyasi imicini şəkilləndirir.

Xüsusilə Azərbaycan–Türkiyə enerji inteqrasiyası bu layihə ilə yeni mərhələyə daxil olur. Naxçıvanla Türkiyə arasında planlaşdırılan 400 kV-luq elektrik xətti və çevirici yarımstansiya yalnız ikitərəfli əməkdaşlıq deyil, Avropa enerji təhlükəsizliyi kontekstində də əhəmiyyət daşıyır. Avropa İttifaqının son illərdə alternativ enerji mənbələri və marşrutları axtarışında olduğu bir dövrdə, Azərbaycanın enerji dəhlizləri üzərindən oynadığı rol daha da aktuallaşır.

A.Əliyevin sözlərinə görə, siyasi baxımdan bu layihə Ermənistan üçün də yeni reallıq yaradır. Zəngəzur dəhlizi vasitəsilə formalaşan enerji və nəqliyyat infrastrukturu regionda kommunikasiyaların açılmasının alternativsiz olduğunu göstərir. Ermənistanın bu proseslərdən kənarda qalması onun iqtisadi və tranzit imkanlarını daha da məhdudlaşdırır. Dolayısı ilə Zəngəzur elektrik xətti Bakının yalnız iqtisadi deyil, siyasi rıçaqlarını da gücləndirən faktora çevrilir.

"Zəngəzur" elektrik ötürmə xətti Azərbaycanın müharibədən sonra qurduğu uzunmüddətli strateji xəttin mühüm sütunlarından biridir. Bu layihə ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir, Naxçıvanın blokada statusunu faktiki olaraq aradan qaldırır, Zəngəzur dəhlizinin funksional mahiyyətini dərinləşdirir və Azərbaycanın regional güc balansındakı mövqeyini daha da möhkəmləndirir. Enerji xətləri üzərindən çəkilən bu yeni xəritə, əslində, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı siyasi və iqtisadi nizamın real konturlarıdır",- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri