Icma.az
close
up
RU
Zelenski müharibə şəraitində legitimliyi necə qoruyacaq? ŞƏRH

Zelenski müharibə şəraitində legitimliyi necə qoruyacaq? ŞƏRH

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynada seçkilərin yenidən gündəmə gəlməsi təkcə siyasi prosedur məsələsi deyil, həm müharibənin gedişinə, həm də ölkənin gələcək təhlükəsizlik arxitekturasına təsir edəcək strateji prosesdir.

Zelenskinin “seçkilərə hazırıq” mesajı ilk baxışdan Donald Trampın ittihamlarına cavab kimi görünsə də, əslində Kiyevin qarşıdakı aylarda üzləşəcəyi siyasi legitimlik dilemmasını idarə etmək cəhdidir. Zelenski 2024-cü ilin mayından etibarən faktiki olaraq fövqəladə vəziyyət rejimi altında səlahiyyətlərini davam etdirir və bu vəziyyət həm Rusiya tərəfindən, həm də müəyyən Qərb dairələri tərəfindən daxili siyasi zəiflik kimi təqdim olunur. Məhz buna görə Zelenski seçki mövzusunu gündəmdə saxlayaraq həm beynəlxalq arenada legitimlik dayağını gücləndirmək, həm də öz komandasına qarşı yönələn “səlahiyyətini uzadır” ittihamlarının təsirini neytrallaşdırmaq istəyir.

Bununla belə, real seçki keçirilməsi üçün təhlükəsizlik və infrastruktur şərtləri hələ mövcud deyil. Müharibə davam edir, ölkənin əhəmiyyətli hissəsi raket zərbələrinin hədəfindədir və milyonlarla ukraynalı müharibə qaçqını kimi Avropaya yayılıb. Zelenski də etiraf edir ki, seçki yalnız ABŞ və Avropanın birbaşa dəstəyi ilə təhlükəsiz şəkildə keçirilə bilər. Bu isə seçkilərin artıq Ukraynanın daxili siyasi qərarı olmaqdan çıxdığını və Qərb paytaxtlarının iştirakı ilə formalaşan regional təhlükəsizlik prosesinin tərkib hissəsinə çevrildiyini göstərir. Qərb daxilində də məsələ ilə bağlı ciddi fikir ayrılığı var ki, Avropa liderləri Moskvanın güclənə biləcəyi güzəştlərdən ehtiyat edərək seçkilərin vaxtından əvvəl keçirilməsinə skeptik yanaşır. Tramp administrasiyası isə müharibənin tez bitməsi üçün seçki mexanizmini təzyiq alətinə çevirir.

Zelenski üçün əsas risk ondan ibarətdir ki, seçki keçirmədən davam etmək Qərbdə “demokratik geriləmə” görüntüsü yarada bilər, seçki keçirmək isə daxili siyasi parçalanmanın və təhlükəsizlik boşluqlarının dərinləşməsinə səbəb ola bilər. Rusiya isə bu vəziyyətdən maksimum yararlanmağa çalışır, Zelenskini “qeyri-legitim” elan etməklə həm sülh danışıqlarında üstünlük qazanmaq, həm də Qərbin Ukraynaya dəstəyini zəiflətmək məqsədi güdür. Nəticədə seçki mövzusu müharibənin hərbi, diplomatik və informasiya cəbhələrinin kəsişdiyi bir nöqtəyə çevrilib.

Hazırkı şərtlər daxilində Zelenski seçkiləri bir siyasi xətt olaraq gündəmdə saxlamağa çalışacaq, amma real tarix yalnız Qərbin təhlükəsizlik təminatları formalaşandan sonra mümkün olacaq. Bu müddət ərzində seçki mövzusu həm Zelenski üçün legitimlik aləti, həm də Rusiya və Qərb arasında geosiyasi mübarizənin təzyiq nöqtəsi olaraq qalacaq. Ukraynanın daxili siyasi gələcəyi isə böyük ölçüdə bu üçtərəfli mübarizədə hansı tərəfin nə qədər təsir sahibi olacağı ilə bağlı olacaq.

Alim Nəsirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Dekabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri