Zelenski Nyu Yorkda Trampdan öncə Makronla görüşdü... FOTOLAR
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, görüş Fransanın BMT-dəki daimi nümayəndəsinin iqamətgahında baş tutub.
Makronla danışıqlarından əvvəl Zelenski amerikalı konqresmenlərlə görüşüb və onlara Rusiyaya qarşı sanksiyalar qanun layihəsini qəbul etdiklərinə görə təşəkkür edib.
Zelenski ilə görüşməzdən əvvəl Makron özü ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb.
"Ukraynanın enerji infrastrukturuna və mülki infrastrukturuna hücumlara moratorium qoymaq üçün səylərimizi birləşdirəcəyik. Mülki şəxslər qorunmalıdır və Rusiya ilə Ukrayna arasında sülh şərtləri ilə bağlı ən qısa zamanda ciddi danışıqlara başlamalıyıq",- Makron görüşdən sonra sosial mediada belə yazıb.
Xatırladaq ki, 20 sentyabrda Vladimir Zelenski Donald Trampla telefon danışığı aparıb. Tərəflər Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 22 Sentyabr 2026 07:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















