Icma.az
close
up
RU
Zelenski Putin danışıqları: diplomatik manevr, yoxsa yeni sülh imkanı?

Zelenski Putin danışıqları: diplomatik manevr, yoxsa yeni sülh imkanı?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi artıq 3 ildir davam edir. Son zamanlar baş verən proseslər tərəflər arasında danışıqların bərpası ehtimalını gündəmə gətirir.

Ukrayna prezidenti Vladimir Zelenski Qərbin, xüsusilə ABŞ və Avropanın Kiyevi tərk etməmək şərti ilə Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib. Bu bəyanat Ukraynadakı gərgin hərbi vəziyyət, Qərbin Kiyevə dəstəyinin davamlılığı və Kremlin mövqeyi fonunda müxtəlif suallar doğurur.

Zelenskinin bu açıqlaması müharibənin gedişatında yeni bir diplomatik mərhələnin başlaya biləcəyi ehtimalını gündəmə gətirir. Lakin Qərbin Ukraynaya dəstəyinin zəifləməsi və Rusiyanın şərtləri bu prosesin nə dərəcədə real olduğunu sual altına qoyur. Gələcək danışıqların mümkünlüyü və effektivliyi isə tərəflərin güzəştə gedib-getməyəcəyindən asılı olacaq.

Zelenskinin bu çağırışının arxasında dayanan səbəblər nədir? Beynəlxalq reaksiyalar hansı istiqamətdə olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, Donald Tramp administrasiyasının Ukrayna məsələsi ilə bağlı təzadlı mövqe sərgiləməsi Vladimir Zelenskini çətin vəziyyətə salır:

"Bundan əlavə, ABŞ rəhbəri Ukraynanın zəngin sərvətlərinin cəmləşdiyi strateji ərazilərdə mülkiyyət qazanmaqda və bu bölgələrdə iqtisadi təsirini gücləndirməkdə maraqlıdır. Xüsusilə, Trampın bu iqtisadi sərvətləri əldə etmək istəməsi ilə bağlı verdiyi bəyanatlar və bu istiqamətdə göstərə biləcəyi potensial səylər onun Rusiya ilə mümkün danışıqlarda əsas amillərdən biri olduğunu sübut edir. Digər tərəfdən, Zelenski Qərbin, o cümlədən ABŞ-nin, Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanətləri verməsinə nail olmaq istəyir və bu dəstəyi əldə etmək üçün diplomatik səylərini artırmağa çalışır".

Aqşin Kərimov: Vaşinqton müzakirələrin ikitərəfli formatda olmasının tərəfdarıdır

Müsahibimizə görə, Zelenskinin fikirləşdiyi və xəyalını qurduğu detalların reallaşmağı bir qədər çətindir. Çünki, Ukraynadakı müharibə NATO daxilində ciddi fikir ayrılıqları yaradıb. 

“Bunlardan başqa, Donald Trampın ABŞ-nin xarici yardımları dayandırması ilə bağlı davamlı qərarları Ukraynadan da yan keçməyə bilər. Bunların müşayiətində Tramp Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqlarda maraqlı tərəf kimi çıxış edir. Bu, prosesin gedişatına birbaşa təsir göstərə bilər. Trampın mövqeyi və mümkün Ukrayna müharibəsinin “həllindəki” mümkün vasitəçiliyi Kreml üçün əlavə stimul rolunu oynayır. Çünki Rusiya belə siyasi və diplomatik yanaşmalardan çıxış edərək öz hərbi kampaniyasını daha da inkişaf etdirməyə, strateji mövqelərini möhkəmləndirməyə və Qərbin Ukraynaya dəstəyini sarsıtmağa çalışacaq”.

Son olaraq politoloq vurğulayıb ki, Ukrayna prezidenti Zelenski də bu proseslərdən kənarda qalmaq istəmir:

"Zelenski, Rusiya ilə mümkün görüşlərdə birbaşa iştirakını tələb edir. Lakin görünən odur ki, rəsmi Vaşinqtonla Kremlə bu müzakirələrin daha çox ikitərəfli formatda, yəni ABŞ və Rusiya arasında keçirilməsinə üstünlük verir. Bu isə Zelenskinin proseslərdəki iştirakının, o cümlədən gələcək danışıqlara təsir imkanlarının məhdudlaşdırılması deməkdir”.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri