Icma.az
close
up
RU
Zelenski Putin görüşü üçün ən real məkan SSRİ və Qərbi bir araya gətirən şəhər

Zelenski Putin görüşü üçün ən real məkan SSRİ və Qərbi bir araya gətirən şəhər

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir PutinUkrayna lideri Volodimir Zelenski arasında ikitərəfli görüşün Cenevrədə keçirilməsinin daha uyğun ola biləcəyini deyib. O, görüşün Parisdə keçirilməsini istisna edib.

Sitat: “Neytral ölkə tapmaq lazımdır. Ola bilsin ki, İsveçrə – mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa bir ölkə seçilə bilər. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr baş tutub”.

Görüş hansı ölkədə baş tuta bilər? Ümumiyyətlə, keçiriləcək görüşlərdə məkan, ölkə nə dərəcədə rol oynayır və bunun əhəmiyyəti nədir?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Zelenski ilə Putin arasında görüşün Parisdə və yaxud hər hansısa bir Avropa ölkəsində keçirilməsi ehtimalı sıfıra yaxındır:

“Çünki bu zaman Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya diktatoru haqqında həbs orderinin icrası gündəmə gələ bilər. Digər tərəfdən, Rusiya Avropa ölkələrini bitərəf hesab etmir. Buna görə də Avropa ölkələrində keçirilmə ehtimalı olan yeganə yer İsveçrədir. İsveçrə bitərəf ölkə kimi uzun illər Sovet İttifaqı ilə Qərb arasında danışıqların əsas məkanı olub”.

Həmçinin oxuyun:

Dünya 1945-ci ildən əvvəlki dövrə qayıdır – Son dərəcə təhlükəli tendensiyadır

Xəqani Cəfərli

Politoloq qeyd edib ki, görüşün Türkiyədə keçirilmə ehtimalı əsasən Prezident Rəcəb Tayyip Ərdoğanın Zelenski və Putinlə yaxşı münasibətləri olduğuna görə önə çıxır:

“Görüşün harada keçirilməsi ciddi məsələ deyil. İkinci Dünya müharibəsi zamanı ABŞ, Böyük Britaniya və Sovet İttifaqı liderlərinin 1943-cü ildə Tehran görüşünün İran üçün ciddi bir əhəmiyyəti olmadığı kimi, Putin-Zelenski görüşünün də hansı ölkədə keçirilməsi ciddi əhəmiyyətə malik deyil. Müəyyən mənada təbliğat effekti var. Ancaq ciddi siyasi effekti yoxdur”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Avqust 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri