Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Putin Zelenski görüşü üçün yer axtarılır:Ən təhlükəsiz məkan

Putin Zelenski görüşü üçün yer axtarılır:Ən təhlükəsiz məkan

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və Ukrayna prezidentlərinin görüşü üçün neytral məkan axtarılır. Əgər Vladimir Putin ilə Volodimir Zelenski arasında danışıqlar baş tutarsa, bu görüşün ardınca ABŞ Prezidenti Donald Trampın iştirakı ilə formatın üçtərəfli şəkildə davam etdirilməsi nəzərdə tutulur. 

“Cebheinfo.az” xəbər verir ki, görüşün keçirilməsi üçün müxtəlif ölkələrin adları çəkilsə də, liderlər hələlik bu məsələdə ortaq razılığa gələ bilməyiblər. ABŞ Prezidenti Donald Tramp danışıqların Macarıstanın paytaxtı Budapeştdə keçirilməsini təklif edib. Rusiya liderinin Zelenskini Moskvaya dəvətinə isə Ukrayna prezidenti rədd cavabı verib. 

Mümkün görüş məkanları arasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyənin İstanbul şəhərinin də adları çəkilir. Fransa Prezidenti Emmanuel Makron isə Cenevrə şəhərini təklif edib. Avqustun 20-də Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etməsi İstanbulun görüş yeri kimi seçilməsi ehtimalını gücləndirib. 

Telefon söhbəti zamanı Putin avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə apardığı müzakirələrin nəticələri barədə də Ərdoğanı məlumatlandırıb. Xatırladaq ki, İstanbulda Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı bir neçə dəfə danışıqlar aparılıb və Türkiyə bu prosesdə vasitəçilik təcrübəsinə malikdir. Rusiya Prezidentinin danışıqlar aparmaq üçün Cenevrəyə getməsi onun təhlükəsizliyi üçün problem yarada bilər. 

Çünki V.Putin barəsində Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı var və Avropa məkanında onun həbs edilərək məhkəmə qarşısına çıxarılmayacağına heç bir zəmanət yoxdur. Bu baxımdan, İstanbul şəhəri Rusiya Prezidenti üçün daha təhlükəsiz məkan hesab edilir. Eyni zamanda, son üç ildə ilk dəfə Rusiya və Ukrayna prezidentləri arasında görüşün İstanbulda baş tutması sülhün təminatçısı kimi Türkiyənin beynəlxalq arenada etimadını artıra bilər. 
Əfsanə Rəcəb

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri