Zelenski: Putinlə atəşkəs və əsirlərin mübadiləsi barədə danışmışdıq...imtina etdi
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiya ilə yeni danışıqlarda Ukrayna və Qərb vahid mövqe ortaya qoymalıdır”.
Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirələr zamanı deyib.
“Biz Putinlə atəşkəs və əsirlərin mübadiləsi barədə danışmışdıq. Amma o, girovları dəyişməkdən imtina etdi. O, yalançıdır”, – Zelenski vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya ilə müharibənin dayandırılması barədə birbaşa danışıqlara başlamazdan əvvəl Kiyev Avropa və ABŞ ilə ortaq mövqeyə gəlməlidir.
“Mən yalnız bir rusiyalı ilə – Putinlə görüşəcəm. Yalnız Tramp, Avropa və mənim ortaq planımız hazır olanda. O zaman mən Putinlə masa arxasına oturacağam və biz müharibəni dayandıracağıq. Mən yalnız bu şərtlə görüşməyə hazıram, başqa kompromisə getməyəcəyəm. Bizə vasitəçi yox, ABŞ-nin bizim tərəfimizdə olması lazımdır”, – Prezident bildirib.
Zelenski vurğulayıb ki, Ukraynadakı müharibə sadəcə iki dövlət arasında münaqişə deyil, bir ölkənin digərinə təcavüzüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Fevral 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















