Icma.az
close
up
RU
Zelenski Qərbin razılığı olmadan Putinlə görüşə getməyəcək

Zelenski Qərbin razılığı olmadan Putinlə görüşə getməyəcək

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya prezidenti V. Putin Belarus lideri A. Lukaşenkondan V. Zelenski ilə danışaraq üçtərəfli görüş üçün təklif irəli sürüb.

Pikitoloq Məhəmməd Əsədullazadə xalqcebhesi.az-a deyib ki, D.Trampın V.Zelenski ilə üçtərəfli görüş təklifindən imtina edən V.Putin A.Lukaşenkonu minnətçi kimi ortaya atıb. Bununla V.Putin danışıqlara hazır olduğunu bəyan edir. Çox güman ki, görüş yeri kimi Minskdə keçirilməsi vurğulanacaq:

"Lukaşenko təkliflə çıxış edəndə təhdid dilində danışaraq "Ukrayna dayanmasa, qalan əraziləri itirəcəyini" - qeyd edir. Bu ifadə ilə üçtərəfli görüş təklifinin üstündən xətt çəkmiş oldu. Belə bir yönü Kiyev qəbul etməyəcək. Rusiya üç il ərzində Ukraynanı işğal edə bilmədi. Bundan sonra, zəif ordu ilə öz məqsədlərinə çatması mümkün görünmür.

Qeyd edim ki, ABŞ və Avropanın birgə hərbi dəstəyi fonunda Ukrayna Donbasda uğurlu əks-hücuma keçir. Rusiyaya qarşı növbəti genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Krıma ciddi hərbi zərbələr endirilir. Belə bir vəziyyətdə V. Putin V. Zelenski ilə görüş təklifini irəli sürür. Bu, Moskvanın çətin vəziyyətə düşməsi deməkdir. Buna baxmayaraq, V. Putin danışıqlara hazıram mesajını vermiş olur.

Məhz ABŞ prezidenti D. Trampın əsas məqsədi hərbi təzyiqlərlə Putini danışıqlar masasına əyləşdirməkdir. Putin Trampın masasında deyil, öz masında Lukaşenkonun vasitəçiliyi ilə Ukrayna ilə danışmaq istəyir.

Təbii ki, Ukrayna prezidenti Qərbin razılığı olmadan belə bir görüşə getməyəcək. Ümumiyyətlə, üç slavyan ölkəsinin birgə danışıqlar masasında oturub razılığa gəlməsi mümkün deyil. Çünki, Putin Zelenskidən Ukraynanın təslim olmasını istəyəcək. Putin hesab edir ki, Zelenski görüşə gəlirsə, deməli, təslim olmalıdır.
Ümumiyyətlə, Belarus prezidentinin vasitəçiliyinin Ukrayna tərəfindən qəbul edilməsi gözlənilmir".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Sentyabr 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri