Icma.az
close
up
RU
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA

“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada münaqişənin həlli ilə bağlı razılaşma əldə etmək niyyətindədir, Zelenski isə bundan yayınır.

Sherg.az xəbər verir ki, Tramp Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı Rusiyanın münaqişənin nizamlanması ilə bağlı razılaşmaya hazır olduğunu, Ukrayna tərəfinin və Vladimir Zelenskinin isə danışıqlar prosesindən yayındığını bildirib.

“Dediyim kimi, bu problemi dəfələrlə həll etmək mümkün idi. Lakin Zelenski nədənsə razılaşma əldə etmək istəmir. Düşünürəm ki, o, iki il əvvəl razılaşmağa getsəydi, daha əlverişli vəziyyətdə olardı”, - deyə ABŞ lideri bildirib.

Tramp dəfələrlə sülh yolu ilə nizamlanma məsələsini müzakirə etdiyini və Rusiyanın razılaşmada maraqlı olduğuna inandığını vurğulayıb.

O, həmçinin Vladimir Putinin razılığa gəlmək istədiyini və Rusiyanın dünya bazarına böyük həcmdə neft çıxardığını bildirib. Tramp bunu müsbət addım kimi qiymətləndirərək neftin aşağı qiymətə təklif olunduğunu qeyd edib.

ABŞ prezidenti Ukrayna rəhbərliyini ölkədə seçkilər keçirməyə və münaqişəni danışıqlar yolu ilə başa çatdırmağa çağırıb.

Xatırladaq ki, oktyabrın 10-da Rusiya ilə dizel yanacağının tədarükü üzrə razılaşmadan sonra Tramp Zelenskinin Ukraynaya rəhbərlik etmək üçün uyğun şəxs olmadığını bildirmiş və yeni liderin seçilməsi üçün tezliklə seçkilərin keçirilməsinə çağırmışdı. Onun fikrincə, Zelenski razılaşma əldə etmək üçün bütün imkanları əldən verib və sülh danışıqlarına mane olub.

“The Atlantic” nəşri Ağ Evdəki mənbəyə istinadən yazır ki, Tramp Zelenskinin davranışından narazıdır. ABŞ prezidenti, xüsusilə, Zelenskinin Vaşinqtonun Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmaq çağırışı da daxil olmaqla, müraciətlərinə məhəl qoymamasını tənqid edir. Nəşrin məlumatına görə, bu vəziyyət iki lider arasında münasibətlərin bərpası perspektivlərini zəiflədir.

Zelenski isə Ukrayna prezidentinin dəyişdirilməsi tələbinə cavab olaraq bildirib ki, yeni dövlət başçısının nə vaxt seçiləcəyinə yalnız xalq qərar verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Oktyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri